Azərbaycanda ehtiyac meyarının aradan qaldırılması istiqamətində işlər gedir.
Bununla bağlı maliyyə naziri Samir Şərifov da ötən çıxışlarının birində açıqlama vermişdi. Belə ki, əsas hədəfin ehtiyac meyarının yaşayış minimuma çatdırılması olduğu qeyd olunur. Bu addımın sosial ödənişlərdə nə kimi dəyişikliklərə yol açacağı isə sual doğurur.
İqtisadçı ekspert Rəşad Həsənov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, ehtiyac meyarının artırılması və yaşayış minimumu səviyyəsinə çatdırılması pozitiv yanaşmadır və müsbət tərəfləri çoxdur: “Çünki ehtiyac meyarı anlayışı “Yaşayış minimumu haqqında” qanunda təsdiq olunsa da, onun hesablanması metodologiyası bu günə qədər məlum deyil. Əgər yaşayış minimumu həyat şəraitinin minimum şərtlərini müəyyən edirsə, o zaman ehtiyac meyarı nəyi müəyyən edir? Burada ehtiyac meyarının yoxsulluq səviyyəsini, yoxsa mütləq və ya ifrat yoxsulluq səviyyəsini göstərdiyi aydın deyil. Buna görə də, sözügedən göstəricinin hansı işə yaradığı məlum deyildi. Yeganə olaraq bu indikator ünvanlı sosial yardımın hesablanması prosesində tətbiq olunur. Ailə üzvlərində adambaşına ehtiyac meyarı səviyyəsində gəlirin olmadığı halda həmin hissənin tamamlanması üçün dövlət büdcəsindən vəsait ayrılır, yəni ünvanlı sosial yardım təyin edilir. 2021-ci il üçün ehtiyac meyarı 170 manatdır. Yəni hər hansı ailədə adambaşına düşən gəlir 170 manatdan aşağıdırsa, bu hissəni dövlət kompensasiya edir”.
Ekspertin fikrincə, ehtiyac meyarının 2022-ci il üçün 17%-dən çox artırılaraq 200 manata çatdırılması məqbul hesab olunur: “Bu zaman yaşayış minimumu ilə ehtiyac meyarı arasında fərq azalır. Bu, aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından istifadə imkanını müəyyən qədər genişləndirəcək. Ən azından, bu ailələr üçün müəyyən edilmiş ünvanlı sosial yardımın məbləği artacaq. Gələcəkdə bu həddin yaşayış minimumuna çatdırılması məntiqli hesab olunur”.
R. Həsənovun sözlərinə görə, burada diqqət edilməli bir məsələ də var: “Əgər gələcəkdə yaşayış minimumu məhz ünvanlı sosial yardım proqramlarında məbləğlərin müəyyən edilməsi üçün istifadə ediləcəksə, bu zaman hökumət üçün müəyyən maliyyə yükü yaradacaq. Artıq yaşayış minimumu səviyyəsinin müəyyən edilməsi zamanı hökumətin nəzərə alacağı məsələlərdən biri maliyyə yükü məsələsi ola bilər. Buna görə də, yaşayış minimumu bazara adekvat olmayan şəkildə zəif artırıla və inflyasiya ilə uyğunlaşdırılmaya bilər”.
“Lakin istənilən halda bu istiqamətdə təşəbbüs müsbətə doğru qiymətləndirilir”, - deyə ekspert əlavə edib.



Ehtiyac meyarı bu qədər ARTIRILDI
Sosial yardım almaq istəyənlərə ŞAD XƏBƏR
Prezident ehtiyac meyarının həddi haqqında qanunu imzaladı
Ünvanlı sosial yardımın məbləği artırılacaq?
Ehtiyac meyarının həddi I oxunuşda təsdiqləndi
Gələn il üçün ehtiyac meyarı müəyyənləşdi
Sosial yardım alanların diqqətinə
Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb
Hadı Rəcəbli- "Mən deməmişəm ki..."
Sosial yardımla bağlı nə qədər artım olacaq?
Pensiyalar daha çox artırıla bilər?
Azərbaycanda yaşayış minimumu artırıldı - SƏRƏNCAM
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 