Sosial şəbəkələrdə və bəzi saytlarda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin adından tirajlanan bir xəbər geniş müzakirələrə səbəb olub. İddia olunur ki, Milli Məclisin son iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı H.Rəcəbli gələn il üçün yaşayış minimumunun 143 manat səviyyəsində müəyyənləşdirilməsini normal qiymətləndirib. Və deyib ki, “143 manata bir ay normal yaşamaq olar”.
ONN media Qafqazinfo-ya istinadla xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Modern.az saytına açıqlamasında bu dəfə də onun adından yayılan məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb:
“Yəqin ki, həmin iclası izləyən parlament jurnalistləri də təsdiqləyər ki, mən belə bir söz deməmişəm. Mən söyləməmişəm ki, 143 manat ehtiyac meyarı ay ərzində insana bəs edir. Demişəm ki, 2019-cu il üçün nəzərdə tutulan ehtiyac meyarı ötən ildəkindən 13 manat çoxdur. Bu da 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaradacaq və yaxşı haldır. Mən deməmişəm ki, 143 manat insanların dolanışığına bəs edir. Belə bir söz deməmişəm. Bir öyrənin daha sonra yazın da... Ehtiyac meyarının həddi onun üçündür ki, ünvanlı sosial yardım müəyyənləşdirilən zaman bu rəqəm əsas götürülsün”.
Hadi Rəcəbli sosial şəbəkələrdə onu ittiham edənləri vicdanlı olmağa çağırıb.



Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Hadi Rəcəbli qərarını dəqiqləşdirməyib — AÇIQLAMA
Hadı Rəcəblinin ölüm səbəbi bəlli oldu
Hadı Rəcəbli vəfat etdi
Hadı Rəcəbli seçkilərə gedir – Siyahıda ADI VAR
Yaşayış minimumu 11% artırılır
Deputatların pensiyası artırılacaq – Hadı Rəcəbli AÇIQLADI
Hadi Rəcəbli: “Büdcə vətəndaşlara xidmət etməlidir”
Maaş və pensiyalar 40 faizə qədər artacaq - Deputat AÇIQLADI
ŞOK- Hadi Rəcəblinin xanımla görüntüləri yayıldı
"Bu qədər şərəfsiz, vicdansız hərəkət etmək olmaz"- Deputat
Sosial yardım almaq istəyənlərə ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 