Bakı şəhərində yerləşən 67 saylı orta məktəbdə fond pulu yığılır.
ONN media xəbər verir ki, bu barədə jurnalist Həbibə Abdulla öz “Facebook” səhifəsində paylaşım edib.
O qeyd edib ki, yığılan fond puluna görə qızını məktəbə göndərməmək qərarına gəlib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 67 nömrəli tam orta məktəbdə Valideyn-Müəllim Assosiasiyasına üzvlük haqqı yığılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb:
“Qeyd edək ki, Azərbaycan Valideyn-Müəllim Assosiasiyası (AVMA) İctimai Birliyi 2005-ci ildə Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə yaradılmış təhsil platformasıdır. Assosiasiya təhsilə, məktəbə dəstək funksiyasını, eyni zamanda, qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyə uyğun olaraq ictimai nəzarəti həyata keçirir.
Bakı şəhəri 67 nömrəli tam orta məktəbdə 26.03.2010-cu ildə Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının Sabunçu rayonu üzrə 1 nömrəli filialı təsis edilib. Valideynlər könüllü olaraq AVMA-nın üzvlüyünə qəbul edilir”.
“Eyni zamanda, bildiririk ki, AVMA-nın işinə məktəb rəhbərliyi və müəllimlər tərəfindən hər hansı şəkildə müdaxilə edilməsi, o cümlədən üzvlük haqlarının yığılmasında iştirak edilməsi qadağandır. AVMA-ya üzv olan valideynlərin istənilən vaxt üzvlükdən çıxmaq hüquqları var, eyni zamanda, məktəb üzrə bütün valideynlərin səs çoxluğu ilə məktəbdə AVMA-nın fəaliyyətini dayandırması mümkündür.
Bakı şəhəri 67 nömrəli tam orta məktəbin 3b sinfinin 20-25 nəfər valideyni ilə aparılmış sorğu zamanı həmin valideynlərdən 10 nəfəri Azərbaycan Valideyn-Müəllim Assosiasiyası üçün nəzərdə tutulmuş aylıq 1 (bir) manat üzvlük haqqını ödəməkdən imtina etdikləri və heç zaman ödəmədikləri müəyyən edilib.
Şifahi sorğuda iştirak edən digər valideynlər isə üzvlük haqqının ödənilməsi ilə bağlı etirazlarını bildirməyiblər. Eyni zamanda, həmin sinif şagirdlərinin valideynlərindən məcburi qaydada AVMA üçün üzvlük haqqının tələb olunması, habelə məktəb rəhbərliyi və müəllimlərin bu məsələyə müdaxilə etməsi halları müəyyən edilməyib”.



Bu məktəblərdə oxuyanların NƏZƏRİNƏ
Daha bir məktəb distant təhsilə keçdi
Bu məktəbin direktoru cəzalandırıldı
Azərbaycanda daha 3 məktəb BAĞLANDI
Sevinc Abbasova vəzifəsinə geri qayıdacaq?- RƏSMİ
Bakıda 172 məktəbə Milli Qəhrəman və şəhidlərin adı verilib
Şagirdin intihar etdiyi məktəbin direktoru işdən ÇIXARILDI
Attestat ala bilməyənlərin DİQQƏTİNƏ
Şagirdi döyən məktəb direktoru ilə bağlı araşdımalara başlanıldı
Bakıda şagirdlər müəllimi döyüb?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 