Paytaxtdakı 162 nömrəli tam orta məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi Əfqan İsgəndərov tərəfindən hər hansı iclas keçirilməyib.
ONN media xəbər verir ki, Bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sözügedən məktəbin direktoru Sevinc Abbasovanın məktəbdə baş verən intihar hadisəsindən sonra araşdırma müddətində vəzifəsindən uzaqlaşdırılması ilə bağlı məktəbdə iclas keçirilməsi və iclasda müəllimlərə direktor S.Abbasovanın yaxın günlərdə vəzifəsinə qayıdacağı barədə deyilənlərə aydınlıq gətirərkən bildiriblər.
Təhsil İdarəsi yayılan məlumatı təkzib edib:
“Qeyd olunan məzmunda, yəni direktor Sevinc Abbasovanın ara sakitləşəndən sonra vəzifəsinə qaytarılacağı ilə bağlı hər hansı fikir səsləndirilməyib. Qeyd olunan məlumatlar həqiqətə uyğun deyil”.
Xatırladaq ki, baş vermiş intihar faktı ilə əlaqədar 8 aprel tarixində Təhsil Nazirliyi yaydığı məlumatda bildirmişdi ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.
Məktəbdəki mənbənin verdiyi məlumata görə isə 8-ci sinif şagirdinin intiharı ilə əlaqədar araşdırma müddətində vəzifəsindən uzaqlaşdırılan Sevinc Abbasova yenidən vəzifəsinə qayıdacaq. Bununla bağlı məktəb direktoru vəzifəsini müvəqqəti icra edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi Əfqan Kərəm oğlu İsgəndərov iclas da təşkil edib. İddiaya görə, Ə.İsgəndərov müəllimlərə bildirilib ki, S.Abbasova baş verən hadisə və yayılan səs yazısı unudulandan və “ara sakitləşəndən” sonra yenidən vəzifə başında olacaq. İddia olunub ki, S.Abbasova ən pis halda töhmət alacaq, vəssalam!axar.az



Nazir qərar verdi: Sevinc Abbasova işdən qovuldu
Şagirdin intihar etdiyi məktəbin direktoru işdən ÇIXARILDI
Sevinc Abbasova ev dustaqlığına məhkum edildi - RƏSMİ
Mərhum Elinanın məktəb direktorunun bacısının Prezidentə MÜRACİƏTİ + VİDEO
Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ
Daha bir sinif koronavirusa görə bağlandı
Valideynlər məktəb direktorunu qovdu, nazirlik işə qarışdı
Elinanın intiharı ilə bağlı iclas keçirildi - Nazir qərar verəcək
Bakıdakı bu məktəblərə direktor axtarılır
Elina işi: Hökmdən apelyasiya şikayəti verildi
125-ci maddəyə xitam verildi - Elina işində yenilik
Daha bir məktəb distant təhsilə keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 