Cəbrayı rayonunda minatəmizləmə əməliyyatları davam etdirilir.
ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşları tərəfindən Horadiz-Ağbənd avtomobil yolunun rayon ərazisindən keçən hissəsində aşkarlanan minalar partlayış üsulu ilə zərərsizləşdirilib.
Avtomobil yolu üzrə minatəmizləmə əməliyyatları ANAMA, eləcə də Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir.
ANAMA-nın baş mütəxəssisi Mədət Məmmədov "Report"a bildirib ki, hava şəraiti əməkdaşların daha səmərəli işləməyinə kömək edir: "Payız və qış aylarında ot örtüyü azalır. Bu da işimizi asanlaşdırır".
Qeyd edək ki, ANAMA tərəfindən icra edilən əməliyyatlar keçmiş təmas xətti boyu, yüksək çirklənmə müşahidə olunan ərazidə aparılır. Horadiz-Ağbənd avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına Agentlik cari ilin 31 avqust tarixində başlayıb. Sifarişə əsasən, avtomobil yolunun 22-ci km-dən 36-cı km-dək olan hissəsinin, yəni 14 kilometrədək ərazinin təmizlənməsi nəzərdə tutulur. Onun 6 kilometri, və ya 190 ha ərazisi tam olaraq mina və PHS-lərdən təmizlənib.
Qeyd olunan ərazi üzrə ANAMA tərəfindən ümumən 752 ədəd mina və partlamamış hərbi sursat olmaqla, 396 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 331 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib. Müdafiə Nazirliyi tərəfindən qeyd olunan layihə üzrə minatəmizləmə əməliyyatlarına 2021-ci il 1 iyun tarixində başlanılıb və 558 ha ərazi təmizlənib.
Xatırladaq ki, ANAMA Cəbrayıl rayonuna mediatur təşkil edib. Jurnalistlər Horadiz-Ağbənd avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin partlayıcı qurğulardan təmizləmə işini izləyiblər.



Cəbrayılda ermənilərin basdırdığı 5 cərgəli mina xətti aşkarlandı
Azərbaycanda bir həftədə 200-dən çox mina aşkarlandı
Sentyabrın 27-dən indiyədək nə qədər mina və PHS aşkarladığı açıqlandı
Qarabağda nə qədər mina zərərsizləşdirilib?
Qarabağda aşkarlanan minaların sayı - CƏDVƏL
Azad edilən ərazilərdə daha 30 mina aşkarlandı
Son bir həftədə nə qədər mina aşkarlanıb?
Azad edilən ərazilərdə daha 38 mina aşkarlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 