Sumqayıtda 6 gün əvvəl baş verən partlayışla bağlı rəsmi məlumat yayılıb.
Sumqayıt şəhər prokurorluğundan ONN media-ya verilən məlumata görə, martın 22-də Sumqayıt şəhəri ərazisində yerləşən "STP-3 Metaləritmə" zavodunda partlayış baş verməsi ilə bağlı daxil olan məumat əsasında dərhal hadisə yerinə Sumqayıt şəhər polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla həmin gün saat 13 radələrində zavodun poladəritmə sexində metalın əriyib sobanın soyutma radiatoruna toxunması nəticəsində partlayış baş verməsi müəyyən olunub.
Hadisə nəticəsində fəhlələr Mürşüd Məmmədov, Vüqar Cəlilov, Ceyhun Qaraşovun və sex rəisi Minyaz Seyidəliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Minyaz Seyidəliyev müalicə olunduğu xəstəxanada aldığı xəsarətlərdən 27 mart 2019-cu il tarixdə vəfat edib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Hadisənin baş vermə səbəbləri və təqsirkar şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



GÜCLÜ PARTLAYIŞ – 1 nəfər öldü: 3 yaralı var
Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış: yaralılar var
Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb
Azərbaycanda zavodda partlayış - ÖLƏN VAR
Gəncədə faciə - 30 yaşlı işçi yıxılıb öldü
Dənizdə hamilə arvadını boğaraq öldürən şəxs tutulub
Sumqayıtda qanlı cinayət - ÖLDÜRMƏYƏ ÇALIŞDILAR
Azərbaycanda polislər bıçaqlandı
Sumqayıtda dəhşət - arvadını binanın qarşısında doğradı
Sumqayıtda silahlı insident: səhvən 1 nəfər güllələndi
Xırdalanda çoxmərtəbəli binada DƏHŞƏT YAŞANDI - Ölən var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 