İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış məntəqələri, satış qiymətləri və iş vaxtı barədə məlumat yayıb.
Qurumdan verilən məlumata görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatı ictimaiyyətin diqqətinə çatdırır. Cədvələ keçid: https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/un-topdansatish
Qeyd edilən topdansatış məntəqələrində hazırda unun 50 kq-lıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir. İstehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər.
Məlumatlar mütəmadi olaraq yenilənəcəkdir.
Bununla yanaşı, un istehsalçılarına məxsus olmayan digər satış məntəqələrində qiymətlər təchizat zəncirinin xüsusiyyətləri (nəqliyyat xərcləri, ticarət əlavələri və s.) nəzərə alınmaqla formalaşır.
Bir daha bildirilir ki, unun satışı üzrə satış məntəqələrində antiinhisar qanunvericiliyinə riayət olunmasına dair Dövlət Xidməti tərəfindən ciddi nəzarət tədbirləri davam etdirilir. İstehlakçılar və sahibkarlar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00; email ünvanı: [email protected].



Azərbaycanda un və çörəyin qiyməti ucuzlaşdı
Ölkədə unun qiyməti dəyişdi- YENİ QİYMƏTLƏR
Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı MÜHÜM QƏRAR
Ekspertdən açıqlama: Çörək ucuzlaşacaq?
SOCAR propan qazının bahalaşmasına münasibət bildirib
Dövlət Xidməti 2 şirkətə qarşı iş qaldırdı
Çörəyin qiyməti bu tarixdən ucuzlaşa bilər?
Siqaretlər nə qədər bahalaşdı?
Çörəyin qiymət və çəkisində əsassız dəyişikliyin qarşısı alınacaq
Azərbaycanda Trendyol qadağan olunacaq
Çörək ucuzlaşacaq - Baş nazirdən QƏRAR
Azərbaycanda çörək ucuzlaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 