Un istehsalçılarının xərcini azaltmaq üçün dövlət subsidiya verəcək
ONN media xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov Baş nazir Əli Əsədovun qərarını şərh edərkən bildirib.
O qeyd edib ki, Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” bu il 16 fevral tarixli 37 nömrəli qərarında dəyişiklik edib:
“Məqsəd dünya bazarında buğdanın qiymətinin artımlarının ölkə daxilində çörək və eləcə də un məmulatlarına təsirlərini minimallaşdırmaqdır.
Sənədə əsasən, istehsalçılar tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat müəyyənləşib. Un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bu qiymətin 25 faizi, yəni 130 manat müəyyən edilib.
Qərara əsasən, subsiyadalar üçün orta aylıq idxal dəyəri hesablanacaq. Bu dəyərə istehsalçının marjası, yəni 130 manat əlavə olunacaq və alınan rəqəm 520 manatdan çıxalacaq. Alınan fərq subsidiya formasında un istehsalçılarına ödəniləcək. Məsələn, əgər şərti olaraq orta aylıq idxal dəyəri 280 manatdırsa, o zaman onun üzərinə 130 manat gəlinəcək və 520 manatdan alınan məbləğ (410 manat) çıxılacaq və un istehsalçısına 110 manat subsidiya ödəniləcək. Təbii ki, orta aylıq idxal dəyərindən asılı olaraq subsidiya məbləği müəyyənləşəcək. Qiymət artımlarının qarşısını almaq üçün müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq.
Ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri isə idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan ölkə üzrə məlumatlar əsasında 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq qiymətinin üzərinə həmin ölkənin tətbiq etdiyi ixrac rüsumunun orta aylıq məbləğini əlavə edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrün sonuna müəyyən etdiyi rəsmi məzənnə əsasında hesablanacaq.
Bu qərarda məqsəd un istehsalaçılarına subsidiya verməklə çörəyin qiymətindəki artımların qarşısını almaqdır. Belə ki, subsidiya un istehsal xərclərinin bir hissəsinin dövlət mənbələri hesabına kompensasiya edilməsinə imkan verəcək və bu da unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq”.



Azərbaycanda unun qiyməti ilə bağlı VACİB QƏRAR İMZALANDI
Azərbaycanda çörək BU QİYMƏTƏ OLACAQ - RƏSMİ
Azərbaycanda un və çörəyin qiyməti ucuzlaşdı
Ekspertdən açıqlama: Çörək ucuzlaşacaq?
Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı MÜHÜM QƏRAR
Çörək və şirniyyatlar bahalaşdı
Buğdanın qiyməti ucuzlaşdı
Azərbaycanda çörəyin qiyməti bahalaşdı
Çörəyin qiyməti bu tarixdən ucuzlaşa bilər?
Unun topdansatış qiyməti ilə bağlı rəsmi məlumat
Azərbaycanda çörək ucuzlaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 