Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Qazaxıstanın Karağandı vilayətində və Tunisin Ben-Arous inzibati ərazi vahidində dabaq, Xorvatiyanın Oseçko-Baranska inzibati ərazi vahidində və Polşanın Lyubelinsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Qazaxıstanın Karağandı vilayətindən və Tunisin Ben-Arous inzibati ərazi vahidindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Xorvatiyanın Oseçko-Baranska inzibati ərazi vahidindən və Polşanın Lyubelinsk inzibati ərazisindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Qazaxıstan, Tunis, Xorvatiya və Polşadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.



Azərbaycanda daha bir məhsula qadağa qoyuldu
İranın bəzi ərazilərindən Azərbaycana quş ətinin gətirilməsi dayandırıldı
Azərbaycandan bu ölkələrə QADAĞA
İki ölkədən quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu
Daha 2 ölkədən quş əti idxalına qadağa qoyuldu
İki bölgədən Azərbaycana quş ətinin gətirilməsi QADAĞAN EDİLDİ
AQTA bir neçə ölkədən idxalı məhdudlaşdırdı
Azərbaycan bu ölkələrə QADAĞA QOYDU
Bu ölkədən heyvan idxalına QADAĞA
Quş əti idxalı dayandırıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 