Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rumıniyanın Kluj və Kovasna inzibati ərazi vahidlərində süngərvari ensefalopatiya, Amerika Birləşmiş Ştatlarının Texas, Şimali Karolina, Şimali Dakota, Minnesota, Men, Nebraska və Nyu-York ştatlarında, Filippinin Benqet və Şimali Kotabato əyalətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Rumıniyanın Kluj və Kovasna inzibati ərazi vahidlərindən bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin, Amerika Birləşmiş Ştatlarının Texas, Şimali Karolina, Şimali Dakota, Minnesota, Men, Nebraska və Nyu-York ştatlarından, Filippinin Benqet və Şimali Kotabato əyalətlərindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rumıniyadan, Amerika Birləşmiş Ştatlarından və Filippindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.



Azərbaycanın dövlət qurumu ABŞ-a qoyduğu qadağanı ləğv etdi
AQTA bir neçə ölkədən idxalı məhdudlaşdırdı
Azərbaycandan bu ölkələrə QADAĞA
Daha 2 ölkədən quş əti idxalına qadağa qoyuldu
İki bölgədən Azərbaycana quş ətinin gətirilməsi QADAĞAN EDİLDİ
Bu ölkədən heyvan idxalına QADAĞA
İranın bəzi ərazilərindən Azərbaycana quş ətinin gətirilməsi dayandırıldı
Bu ölkələrdən diri quşların Azərbaycana keçməsinə qadağa qoyulub
Quş əti idxalı dayandırıldı
Azərbaycan bu ölkələrə QADAĞA QOYDU
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 