Yeni Zelandiyanın Baş naziri Casinda Ardern, koronavirusun “omikron” ştammının yayılması ilə bağlı “qırmızı xəbərdarlıq” səviyyəsinin elan edilməsi səbəbiylə televiziya aparıcısı Klark Qeydford ilə toyunu təxirə salıb.
“Tədbirlərə gəldikdə, istər ad günü, istər toy, istərsə də bu cür hər hansı digər tədbir, bazar günü gecəsi “qırmızı xəbərdarlıq” səviyyəsinin qüvvəyə mindiyi andan iştirakçıların sayının 100 nəfərə qədər məhdudlaşdırılması olacaq. Mənə gəlincə, toyum baş tutmayacaq və mən pandemiya səbəbindən oxşar hadisələrlə üzləşmiş bir çox digər həmyerlilərimə qoşuluram ” - deyə Baş nazir qeyd edib.
Qeyd edək ki, üç yaşlı Niv Te Aroha qızı olan Ardern və Qeyfordun toyu 2022-ci ilin yayında olmalı idi. Koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən sanitar məhdudiyyətlər səbəbindən mərasim qeyri-müəyyən müddətə təxirə salınmalı olub. Cütlük 2019-cu ilin aprelində nişanlanıb.
Yeni Zelandiyada “qırmızı xəbərdarlıq” səviyyəsi lokdaunun elan olunmasını nəzərdə tutur. Ölkədəki bütün müəssisələr və idarələr bağlanmasa da, restoran və barlar 100 nəfərdən artıq müştəri qəbul etməməlidirlər və bu zaman sosial məsafə saxlanılmalıdır. Həmçinin kütləvi tədbirlərdə peyvəndin tam dozasını qəbul etmiş 100 nəfərdən artıq şəxsin iştirakına icazə verilmir



Baş nazir nişanlandı
İran “Delta” ştammına görə qaydaları sərtləşdirdi
İtaliyada seçkilər təxirə salındı - Səbəb
Məşhur cütlüyün toyu təxirə salındı
Rustavidən "Qırmızı Körpü"yə yol çəkilişi TƏXİRƏ SALINDI
"Koronavirusa qalib gəldik" — Daha bir ölkədən ŞAD XƏBƏR
Koronavirusun təhlükəli mutasiyası ilə bağlı XƏBƏRDARLIQ
Məşhur aktyorun toyu təxirə düşdü
50 müsəlmanın qətli ilə bağlı 3 nəfər tutuldu
Nazim İbrahimov qızının toyunu son anda niyə təxirə saldı?
Türk Hava Yolları 279 reysi təxirə saldı
SON DƏQİQƏ: Avropada koronavirusun yeni ştamı PEYDA OLDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 