Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinə çağırış edib.
ONN media xəbər verir ki, çağırışda deyilir:
"Son günlər "Dini etiqad azadlığı haqqında" qanuna yeni dəyişikliklər ediləcəyi ilə bağlı yayılan müxtəlif fikir və şərhləri nəzərə alaraq aşağıdakıları bildiririk:
Qafqaz Müsəlmanları İdarəsi olaraq ölkəmizdə din-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan işləri son illər qanunvericilik müstəvisində gedən islahatların davamı olaraq qiymətləndiririk.
QMİ dindarları və din xadimlərini "Dini etiqad azadlığı haqqında" qanuna nəzərdə tutulan yeni dəyişikliklər qəbul ediləcəyi təqdirdə qanunun bütün müddəalarına birmənalı şəkildə əməl etməyə çağırır. Din xadimlərindən idarənin mövqeyini nəzərə almaları, cəmiyyətimizdən isə bu mövzuda sui-istifadə hallarına yol verilməməsi xahiş olunur.
Dini mərkəz olaraq QMİ dövlətin müvafiq icra qurumu ilə birgə əməkdaşlıqda dövlətimizin dini-mənəvi sahədə siyasətinin həyata keçirilməsində hər zaman yaxından iştirak edir və din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini işinə bundan sonra da öz töhfəsini verəcək.
Din-dövlət münasibətlərinin yüksək səviyyəsinin qorunub saxlanılması vacibdir. Uca Allahın köməyi ilə, müstəqil dövlətçiliyimizin mənafeləri naminə atılacaq bütün addımların xeyirlərə vəsilə olacağına, xalqımızın milli-mənəvi maraqlarına xidmət edəcəyinə inanırıq".



QMİ-nin səlahiyyətlərindən biri əlindən alınır
DİN-dən “Aşura” günü ilə bağlı vətəndaşlara MÜRACİƏT
Dini Komitə “Qaloş piri”ndə araşdırma apardı
Azərbaycan, Rusiya və Ermənistan dini liderləri Moskvada görüşəcək
Dini Komitə Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlayıb
“Heç bir təhsili olmayan şəxslər din xadimi adı altında təbliğatla məşğul olur” – Millət vəkili
Bu gündən Məhərrəm ayı başlayır
DİN əhaliyə müraciət etdi
Nəzir vermək üçün xüsusi qaydalar HAZIRLANIR: BUNDAN SONRA...
Cinayət Məcəlləsinə dəyişiklik edilir
QMİ Quranın yandırılmasına reaksiya verdi
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 