ONN İnformasiya Agentliyi

Dini Komitə Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlayıb

Dini Komitə Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlayıb
16-04-2019, 15:10


"Ramazan ayı üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tədbirlər Planı olur və buna uyğun da fəaliyyət göstərilir. Qafqaz Müsəlmanları İdarəsi ilə də qarşılıqlı şəkildə əməkdaşlıq edilir".

ONN media xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səsləndirib. O, qeyd edib ki,   məscidlərdə Ramazan ayı ilə bağlı tədbirlər Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi vaxt çərçivəsində həyata keçirilməlidir: "Bütün tələblərə riayət olunmalıdır. Bizim komitənin əsas vəzifəsi verilən fətva və qayda-qanunlara əməl edilməsi istiqamətində öz üzərinə düşən vəzifəni yerinə yetirməkdir".

M.Qurbanlı deyib ki, bu il də Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək: "Ümumi olaraq qeyd edim ki, onsuz da hər həftənin cümə günü məscidlərdə komitə tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir. Nəticə ilə əlaqədar müvafiq tədbirlər görür və lazımi addımlar atırıq"

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png