Xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris ilə telefon danışığı baş tutub.
ONN media xəbər verir ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı ətrafında fikir mübadiləsi aparıblar.
Regional təhlükəsizlik məsələləri, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər tərəflərin müzakirə mövzusunu təşkil edib.
Cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağına istinad edən Nazirlər, bu münasibətlə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Tərəflər, həmçinin bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı, Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi və sədrlik prioritetlərinin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.



Ceyhun Bayramov Lavrovla danışdı
Bayramov Lavrovla danışdı
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı
Bayramov və Çavuşoğlu "3+3" formatından danışıblar
Bayramovla Lavrov arasında QARABAĞ MÜZAKİRƏSİ
Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?
Azərbaycan və Almaniyanın XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər
Bayramovla Lavrov arasında telefon danışığı olub
Ceyhun Bayramov britaniyalı nazirlə üçtərəfli bəyanatı MÜZAKİRƏ ETDİ
Ceyhun Bayramov və ABŞ rəsmisi telefonla danışıb
Azərbaycan və Qazaxıstan XİN başçıları danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 