Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında telefon danışığı baş tutub.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə inkişafını məmnunluqla qeyd ediblər. Həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulanıb.
Nazirlər iki ölkə arasında ötən il ərzində həm Xarici İşlər Nazirlikləri səviyyəsində, həm də digər qurumlar arasında həyata keçirilən təmasların intensivliyini məmnunluqla vurğulayıblar. Cari ildə iki qardaş ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının ötən ilin dekabr ayında Bakıda keçirilən iclasına istinad edərək, əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazirlər, həmçinin ötən ilin 19 dekabr tarixində İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslamabadda keçirilən növbədənkənar iclasının nəticələri barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi Azərbaycanlı həmkarını İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçiriləcək növbəti, 48-ci iclasına dəvət edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.



Ceyhun Bayramov Pakistanlı həmkarı ilə danışıb və
Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?
Ceyhun Bayramov Lavrovla danışdı
Ceyhun Bayramov belaruslu həmkarı ilə görüşüb
Azərbaycan və Qazaxıstan XİN başçıları danışdı
Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
Bayramov Çinin XİN rəhbəri ilə danışdı
Ceyhun Bayramov polşalı həmkarı ilə danışdı
Bayramov iranlı həmkarı ilə telefonla danışıb
Azərbaycan və Almaniyanın XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov Uqandalı həmkarı ilə danışıb
Bayramov Toshimitsu ilə danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 