2021-ci ildə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olan dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, 16 dini icma dövlət qeydiyyatından keçirilib, bununla da icmaların sayı 971-ə çatıb.
ONN media xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn kollegiya iclasında deyib.
Hazırda 9 dini icmanın sənədləri yoxlanılır. Eyni zamanda, 1 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.
2021-ci ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə tutulan 5 847 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilən 260 adda dini ədəbiyyat ekspertizadan keçirilib.
Həmçinin hüquq mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 104 adda dini təyinatlı ədəbiyyatdan zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edilənlər müəyyən olunub. Hesabat dövründə 415 adda (752 560 ədəd) dini təyinatlı ədəbiyyata nəzarət markaları verilib.



19 kitab ölkəyə buraxılmadı - SƏBƏB?
Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Prezident Dövlət Komitəsinin əməkdaşlarını təltif etdi
Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər
Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXS koronavirusdan öldü
Bu şəxslərin NƏZƏRİNƏ- İmtahan verəcəksiniz
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI
Azərbaycanda nə qədər məscid və kilsə var?
Amil Cavadova Komitədə daha bir vəzifə verildi
Bakıda dini ekstremizmi təbliğ edən 180 kitab ələ keçirildi
İlham Əliyev sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 