Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi məscidi ətrafında reyd keçirib. Komitənin rəsmi saytı xəbər verir ki, reyd zamanı vətəndaş Kamran Hüseynzadə tərəfindən küçə ticarəti formatında dini təyinatlı ədəbiyyatın qeyri-qanuni satışı faktı aşkarlanıb. İlkin baxış və araşdırma zamanı müvafiq icazəsi olmadan satılan, dini radikalizm və ekstremizmin təbliğində şübhəli bilinən 180 dini ədəbiyyat ekspertiza üçün götürülüb. Fakt üzrə müvafiq araşdırma tədbirləri davam etdirilir. Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.
Bakıda dini ekstremizmi təbliğ edən 180 kitab ələ keçirildi



Onlar Azərbaycandan deportasiya edildi - Qanunsuz dini təbliğat...
Qeydiyyatdan keçən dini icmaların sayı açıqlandı
Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI
Azərbaycanda qadınlar da dini ayin icra edə biləcəklər
İlham Əliyev sərəncam imzaladı
19 kitab ölkəyə buraxılmadı - SƏBƏB?
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM
Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXS koronavirusdan öldü
Məscidlərdə monitorinqlər aparılır
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 