Türkiyədən qanunsuz yollarla Yunanıstana keçmək istəyən, lakin Yunanıstanın mühafizə qüvvələri tərəfindən geri göndərilən 22 qanunsuz miqrantdan 12-si donaraq ölüb.
ONN media xəbər verir ki, hadisə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsinin Paşaköy kəndində baş verib. Donmaq təhlükəsi ilə üzləşən miqrantlardan biri isə Keşan Dövlət Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı Valilikdən verilən açıqlamada Paşaköy kəndinin Mandakoru bölgəsində donaraq ölən doqquz miqrantın cəsədinin tapıldığı, bölgədə aparılan axtarış işlərindən sonra daha iki immiqrantın cəsədinin aşkarlandığı bildirilir. Xəstəxanaya yerləşdirilən bir miqrantın isə həyatını xilas etmək mümkün olmayıb və ölənlərin sayı 12-yə çatıb.
Hazırda bölgədə Türkiyənin jandarma, sərhəd xidmətləri, polis və AFAD qrupları tərəfindən axtarış işləri davam etdirilir.
Faktla bağlı istintaq başlayıb.
Qeyd edək ki, hadisə ilə bağlı Türkiyənin müxtəlif dövlət xadimləri paylaşımlar edib.



Yunanıstandan BİABIRÇI ADDIM: 42 nəfəri çılpaq şəkildə...
Yunan əsgəri Türkiyədən gedən miqrantı öldürdü
Türkiyə sərhəddində dəhşət yaşanır
Türkiyədə gəmi batdı – 5 nəfər öldü
Türkiyəni bu yolla tərk etmək istəyənlər saxlanıldı
Türkiyə sahillərində miqrantlar çıxarıldı
Aralıq dənizində miqrant qayığı batdı
Aralıq dənizini keçmək istəyən 401 miqrant xilas edilib
2 əsgər donaraq ŞƏHİD OLDU
Qar uçqununda ölü sayı artdı
Gürcüstanda atışma - ÖLƏN VAR
Şəhərin mərkəzində DƏHŞƏT - Ər və arvad maşında atəşə tutuldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 