Yanvarın 31-də Bakı şəhər Qala qəsəbəsində dərinliyi təxminən 10 metr olan quyudan 4 yaşlı qızın meyiti tapılıb.
ONN media xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin öldürüldüyü və daha sonra həmin quyuya atıldığı üzə çıxıb.
Belə ki, M.Hüseynlinin atası yanvarın 23-də qızının itkin düşməsi barədə polisə məlumat veribmiş.
Məlumata görə, uşağın anası bir müddət əvvəl həyat yoldaşını ataraq evdən gedib. Bundan sonra T.Hüseynli 2018-ci il təvəllüdlü qızını özü saxlamağa başlayıb. Yanvarın 22-də isə o, övladını qonşuluqda yaşayan ailəyə verərək gedib. Günün sonunadək geri qayıtmayan T.Hüseynli yanvarın 23-də geri qayıdıb və qonşudan uşağı istəyib. Qonşuluqda yaşayan şəxs isə uşağın onlarda olmadığını deyib.
Bundan sonra T.Hüseyn Məryəmin itkin düşməsi ilə bağlı polisə müraciət edib. Aparılan araşdırmalar nəticəsində 4 yaşlı qızın həmin evdən çıxmadığı, gecəni qonşunun evində olduğu məlum olub. Daha sonra uşağın öldürülərək həyətdəki su quyusuna atıldığı üzə çıxıb və dərhal əraziyə FHN xilasediciləri cəlb edilib. Quyuya baxış keçirilərkən məlum olub ki, azyaşlının meyiti 10 metr dərinlikli quyuya atıldıqdan sonra izi itirmək məqsədilə üzərinə qum və daha sonra mişar daşı tökülüb.
Xilasedicilər 4 yaşlı qızın meyitini dərinlikdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Məlumata görə, artıq faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Hadisəni törədən şəxs saxlanılıb.



Bakıda atanın qonşuya tapşırdığı 4 yaşlı qızın qətlində təqsirləndirilən şəxs HAKİM qarşısında
Öldürülərək quyuya atılan 4 yaşlı qızın atası danışdı
Nazirlik 4 yaşlı qızın ölümü ilə bağlı məlumat yaydı
Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi bilindi
Bakıda 4 yaşlı qızın meyiti tapılıb
Gürcüstanda soydaşımız 32 min pulla yoxa çıxdı
Gəncədə DƏHŞƏTLİ QƏTL: İtkin düşən qızın meyiti zibillikdən tapıldı
Yasamalda 22 yaşlı qızla 29 yaşlı oğlan yoxa çıxdı – AXTARIŞ BAŞLADI
Bakıda dəhşətli qətl- Boğazını kəsib quyuya atdılar
Bakıda kürəkən itkin düşən 81 yaşlı qayınanasını axtarır
Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü
İtkin düşən 82 yaşlı kişinin meyiti meşədə TAPILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 