Fransa Prezidenti Emmanuel Makron Rusiyanın paytaxtı Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdən əliboş qayıdıb.
ONN media xəbər verir ki, xarici mətbuat görüşün Fransa Prezidentinin ümid etdiyi kimi keçmədiyini yazıb.
Belə ki, kritik səfər baş tutmamışdan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Makronun ürəyincə olmayan açıqlama verib. Vəziyyətin çox mürəkkəb olduğunu və görüşdən ciddi irəliləyiş gözləmədiklərini deyən Kreml rəsmisinin sözləri ümumi nəticə haqqında təsəvvür yaratmağa imkan verir.
Görüşdən sonra Putin və Makron birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında ilk sözü deyən lider Putin oldub. Görüşün mövzusu Ukrayna olmasına baxmayaraq Rusiya liderinin əsas hədəfi Qərb ölkələri və NATO idi.
Putin çıxışında Qərb ölkələrinə və Rusiya ordusunun Ukrayna sərhədinə yerləşdirilməsini və təlimlər keçirməsini tənqid edən NATO-ya sərt reaksiya verib:
“Hərbi infrastrukturunu sərhədlərimizə yaxınlaşdıran NATO və üzv dövlətlər silahlı qüvvələrimizi harada və necə yerləşdirməyimizlə bağlı bizə dərs keçməyə çalışırlar. Rusiya qoşunlarının öz ərazisindəki hərəkətləri Ukraynaya qarşı Rusiya təhdidi kimi təqdim edilir”, - deyə Putin bildirib.



Makron Putinlə bunu müzakirə edəcək
Bayden və Putin Makronun təklifini qəbul etdi
Makron Putin və Trampla Qarabağı müzakirə edəcək
Putinlə Makron arasında QARABAĞ MÜZAKİRƏSİ
Putin və Makron Qarabağı müzakirə etdi - SON DƏQİQƏ
Zelenski Putinə cavab verdi
Putin: Zelenski Ukraynanı ABŞ-a təhvil verib
Putin elan etdi: Bu halda müharibə başlayacaq!
Putin Lukaşenko ilə görüşdü
Kreml Fransaya xəbərdarlıq etdi
Putin Şoyquya tapşırıq verdi
Putin və Makron Qarabağı müzakirə etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 