Kalininqrad vilayətində görüntülənən MiQ-31K qırıcısı Avropanı təşvişə salıb.
Bu barədə “Forbes” məlumat yayıb.
Jurnalistlər Kalininqrad vilayəti üzərində səmada “Kinjal” raketi olan MiQ-31K qırıcısının çəkildiyi videoya diqqət çəkiblər. Onlar bunu Rusiyadan gələn “qisas təhlükəsi” kimi dəyərləndiriblər. Görüntülər MiQ-31-in Çkalovsk aerodromuna eniş etdiyi an çəkilib. Materialın müəllifləri qeyd ediblər ki, qırıcıda “Kinjal”a bənzəyən raket olub.
“Forbes” vurğulayıb ki, Rusiyanın Baltikyanı ölkələrdə hipersəs raketləri yerləşdirməsi NATO üçün məqsədyönlü xəbərdarlıq ola bilər. Nəşr hərbi analitik Rob Liyə istinadən qeyd edib ki, “Kinjal” raketləri Baltikyanı ölkələrdən buraxılarsa, onlar Qərb ölkələrinin paytaxtlarının əksəriyyətinə 7-10 dəqiqəyə çata biləcəklər.
“Nüvə yükü ilə təchiz edildiyi zaman “Kinjal”ların gücü Xirosimaya atılan bombanın gücündən onlarla dəfə böyük olur. Kalininqrad yaxınlığında raketlərin ilkin yerləşdirilməsi Rusiyanın ABŞ ordusunun Polşaya hərbi sursat təhvil verilməsinə cavabı olacaq” - xəbərdə qeyd olunub.
Daha əvvəl bildirilmişdi ki, Rusiya və Belarus “Müttəfiqlərin qətiyyəti - 2022” təlimləri üçün qoşun qruplarının yaradılmasını başa çatdırıb.



Amerikalı generaldan ŞOK ETİRAF: Rusiya və Çin...
Odessa yenə raket atəşinə tutuldu
Putin bu gün dünyaya mesaj verəcək
Rusiya dünyaya meydan oxudu
Putindən S-500 açıqlaması: Orduya verilir
Rusiya İsrailin 13 raketini vurdu
Medvedev erməni generalı BİABIR ETDİ
ABŞ Rusiyadan niyə çəkinir?
Kiyevdə Rusiyanın iki qırıcısı VURULDU
NATO-dan Rusiyaya ZƏRBƏ
ABŞ Rusiyaya raket zərbəsi endirib? - ŞOK AÇIQLAMA
Polşa Rusiya ilə sərhəddə niyə hasar hörür?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 