Tikinti obyektinin istismarına icazə verilməsi qaydası təkmilləşdirilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinə yeni - 102.4-3-cü maddənin əlavə edilməsi təklif olunur. Təklif olunan redaksiya Məcəllənin qüvvədə olan redaksiyasının 102.4-2-ci maddəsinin natamam olduğundan irəli gəlir və təkmilləşdirmə xarakteri daşıyır. 102.4-2-ci maddəyə əsasən, sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir
Təklif edilən 102.4-3-cü maddəyə əsasən, göstərilən əsasla icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə ediləcək. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim edəcək və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.



Bu xidmətə görə rüsum alınacaq - 60 MANAT
İlham Əliyev FƏRMAN İMZALADI
Prezident fərman imzaladı
Yerli icra hakimiyyəti başçısının vəzifələri artırıldı
Yeni tikililərdən mənzil alanlara xəbərdarlıq
Azərbaycanda VACİB YENİLİK
Azərbayanda yeni dövlət rüsumları müəyyənləşəcək
Evlərin sənədləşdirilməsi niyə yubadılır? - AÇIQLAMA
Kəşfiyyat və əks-kəşfiyyat orqanlarının əməkdaşlarının sosial müdafiəsi gücləndirilir
Baş nazir Dövlət Komitəsinə 2 ay vaxt verdi – SƏRƏNCAM
31 min 351 mənzilin istismarına icazə verildi
Ev tikmək üçün haradan icazə alınmalıdır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 