Dövlət Miqrasiya Xidməti ölkəmizə gəlmək istəyən əcnəbilərə müraciət edib.
ONN media xəbər verir ki, müraciətdə deyilir: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 fevral tarixli 40 nömrəli Qərarı ilə hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı artırılmışdır. Bu ölkələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 151 nömrəli Qərarında göstərilib. Qərara əsasən, həmin ölkələrin vətəndaşları və o ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Qərarda göstərilmiş tələblər (COVİD-19 pasportu, PCR testi və s.) nəzərə alınmaqla, hava yolu ilə Azərbaycana giriş-çıxış edə bilərlər.
Azərbaycan Respublikasında tətbiq olunan xüsusi karantin rejiminin hazırkı tələbləri nəzərə alınaraq, 17 fevral 2022-ci il tarixdən etibarən ölkəyə giriş etmiş əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması yalnız onların müraciətləri (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda) nəzərə alınmaqla həyata keçiriləcəkdir.
Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar hava yolu və ya Azərbaycan Respublikasının ərazisini öz səfirliklərinə müraciət etməklə quru sərhəd yolu ilə tərk etməlidirlər.
Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz".



Azərbaycana daha iki ölkədən girişə icazə verildi
Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirildi
Rusiya və Türkiyə vətəndaşlarından PCR testi tələb olunmayacaq
Bu şəxslərin Azərbaycana giriş-çıxışına icazə verildi
Baş nazirdən YENİ QƏRAR: sentyabrın 6-dan başlayaraq...
DMX əcnəbilərə müraciət etdi
Bu şəxslərin Azərbaycana uçuşuna icazə verildi
Prezident Miqrasiya Məcəlləsində dəyişikliyi təsdiqlədi
Azərbaycanda yaşayan əcnəbilərə XƏBƏRDARLIQ
Baş nazirdən əcnəbilərlə bağlı QƏRAR
Operativ Qərargah yeni QƏRAR QƏBUL ETDİ
Bu şəxslərə ölkədə daimi yaşamaq icazəsi veriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 