Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. ONN media xəbər verir ki, sənədlə vizaların rəsmiləşdirilməsi qaydasında dəyişiklik olub. Belə ki, viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə müraciət olunduğu gündən ən geci on beş gün bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə ən geci 3 iş günü, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycan Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci iki iş günü ərzində baxılacaq. Bu Məcəllənin 38.3-cü maddəsində isə deyilir ki, elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir. Eyni zamanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallara da dəyişiklik edilib. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil təhsil aldıqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə veriləcək.
Prezident Miqrasiya Məcəlləsində dəyişikliyi təsdiqlədi



Əcnəbilərə elektron qaydada viza verilməsi proseduru dəyişdi
İlham Əliyev sərəncam imzaladı
Elektron vizaların verilməsində dəyişiklik edildi
Viza prosedurları sadələşdirildi - Prezident SƏRƏNCAM imzaladı
İlham Əliyev sərəncam imzaladı
Bakıya gələcək əcnəbilərin viza prosedurları sadələşdirildi - Səbəbi isə...
Bu əcnəbilər üçün viza prosedurları sadələşdirilir
Bu şəxslərə ölkədə daimi yaşamaq icazəsi veriləcək
Məşhur yarışla bağlı sərəncam imzalandı
Baş nazirdən əcnəbilərlə bağlı QƏRAR
Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 