Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 (altı) buraxılış məntəqəsi müəyyən edilib.
ONN media xəbər verir ki, bu, parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, həmin buraxılış məntəqələri aşağıdakılardır:
1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün:
Dəmiryolu
“Böyük-Kəsik(Azərbaycan) - Qardabani (Gürcüstan);
Avtomobil
- “Qırmızı körpü” (Azərbaycan) - “Krasniy Most” (Gürcüstan);
- “Mazımqara” (Azərbaycan) - “Tsodna” (Gürcüstan).
2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri
“İpəkyolu” (Azərbaycan) - “Abreşumis Qza” (Gürcüstan);
3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün:
piyadalar üçün avtomobil;
“Sadaxlı” (Azərbaycan) - “Vaxtangisi” (Gürcüstan)
4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək):
piyadalar üçün avtomobil
“Muğanlı” (Azərbaycan) - “Samtatskaro” (Gürcüstan).
Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” - “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vasitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.
Bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.



Azərbaycanla Gürcüstan arasındakı bu sazişlər təsdiqləndi
Ermənistanla sərhəddə buraxılış məntəqələri MÜƏYYƏNLƏŞDİ
Bakı və Tbilisi arasında qatar reyslərinin bərpası müzakirə olunur
Gürcüstan və Rusiya sərhəddində son durum necədir?
Azərbaycan-Gürcüstan sərhədi bağlandı
Bu gün deputatlar 12 məsələni müzakirə edəcək
Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradıldı
Qarabağla bağlı yeni layihəyə başlanıldı
Gürcüstan bu razılaşmaya reaksiya verdi
Gürcüstan İrana gediş gəlişi məhdudlaşdırdı
Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü
Gürcüstan-Ermənistan sərhəddi bağlanır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 