Tiflisdə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.
Bu barədə ONN media-ya Azərbaycan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırıb.
Bildirilib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin geniş gündəliyi var. İki ölkə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğu vurğulanıb.
Azərbaycan Prezidentinin cari ilin oktyabrında Gürcüstana səfərinin əhəmiyyəti qeyd edilib.
Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.
Həmçinin Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçirilən 9-cu iclasının önəmi qeyd edilib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.



Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüdü
Əli Əsədov Qaribaşvili ilə görüşüb
Ceyhun Bayramov Qaxaria ilə görüşdü
Əli Əsədov tacikistanlı nazirlə görüşdü
Əli Əsədov Fuad Oqtayla görüşdü
Əli Əsədov Moldovalı həmkarı ilə görüşüb
Əsədov Fatih Dönməzlə görüşdü
Əli Əsədov Natiya Turnava ilə görüşdü
İlham Əliyev Gürcüstanın Baş Naziri ilə görüşdü
Mehriban Əliyeva Salome Zurabişvili ilə görüşdü
Bayramov Qaribaşvili ilə görüşdü
Bayramov gürcüstanlı həmkarı ilə görüşdü - YENİLƏNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 