ONN İnformasiya Agentliyi

Boksçumuz Avropa çempionu oldu

Boksçumuz Avropa çempionu oldu
23-03-2022, 21:41

Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb.

ONN media Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, o, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib.

51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png