Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyinə yekun vurulub.
ONN media xəbər verir ki, federasiyadan verilən məlumata görə, 9 gün davam edən yarışı Azərbaycan milli komandası 2 qızıl və 2 bürünc medalla bitirib.
Yığmanın heyətində Şahin Aslanov Avropa çempionu tituluna yiyələnib. 52 kq çəkidə mübarizə aparan boksçumuz finalda Nikolay Nikolayevi (Bolqarıstan) məğlub edib.
O, həlledici döyüşdə 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq qızıl medala sahib olub.Millinin heyətində ən ağır çəkili boksçu Səftər Məmmədzadə (90 kq) də Avropanın ən güclüsü tituluna yiyələnib. Təmsilçimiz finalda ukraynalı Yosip-Vladislav Kozakeviçə 5:0 (29:28, 29:28, 30:27, 30:26, 29:28) hesabı ilə qalib gələrək, Mariborda Azərbaycan himnini səsləndirib.
Komandamızın aktivinə bürünc medalları isə Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) yazdırıblar.32 ölkədən 380 idmançının qatıldığı yarışda 4 medal qazanan oğlanlardan ibarət milli Avropada dördüncü yeri tutub. Yarışda ümumilikdə 9 ölkənin boksçusu çempionluq sevinci yaşayıb. Birinci pilləni Ukrayna (6-1-5) tutub.
Qeyd edək ki, 2022-ci ildə Türkiyədə komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etmişdisə, bu dəfə finala vəsiqə qazanan hər 2 boksçumuz rinqdən qalib ayrılaraq çempion tituluna yiyələnib.



Boksçumuz Avropa çempionu oldu
Azərbaycan taekvondoçusu Avropa çempionu oldu
Azərbaycan boksçusu Avropa çempionu oldu
Cüdo üzrə komandamız qızıl medal qazandı
Bir boksçumuz FİNALDA, digəri isə...
İlham Zəkiyev yenidən Avropa çempionu olub
İki güləşçimiz Avropa çempionu oldu
Güləşçilərimiz daha 3 medal qazanıb
Güləşçilərimizdən BÖYÜK UĞUR
Daha bir boksçumuz finalda!
Güləşçimiz Avropa çempionu oldu
Cüdoçumuz Avropa birinciliyinin qalibi oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 