Azərbaycanda xüsusi karantin qaydalarının daha da yumşaldılması və əksər pandemiya qadağalarının aradan qaldırılması ilə bağlı müzakirələr intensivləşir. Artıq əksər ölkələr, tibbi maskadan və vaksin sertifikatından istifadə kimi tələbləri ləğv ediblər. Hətta bu məsələlərə konservativ yanaşan liberal Birləşmiş Ştatlar da yeni yumşaldılmalar barədə qərar verdi.
ONN media xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, karantin qaydalarının ləğvi real sektorun və xüsusən də, turizimin inkişafı baxımdan vacibdir:
"2021-ci idə formalaşmış Ümumi Daxili Məhsulun (ÜDM) 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin payına düşüb. Bu o deməkdir ki, turizm və əlaqəli sahələr ötən il 1 milyard 207 milyon manatlıq yeni dəyər formalaşdıra biliblər. Qeyd edək ki, pandemiyadan əvvəlki il turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜDM-də payı 2,4% idi. Goründyü kimi, karantin tədbirləri səbəbindən turizm və ictimai iaşənin iqtisadiyyatda payı 85% bəndinə yaxın azalıb. Doğrudur, ÜDM-in məbləğindəki ötən ilki artım bu sektorların payına təsirsiz ötüşməyib. Amma reallıq bundan ibarətdir ki, karantin qaydalarının ən çox təsir etdiyi sektorlar məhz turizm və ictimai iaşədir".
Artıq yeni turizm mövsümünün başladığını deyən millət vəkili xüsusi karantin qaydalarının yumşaldılmasını sektorun inkişafı üçün vacib hesab edib: "2019-cu ildə ölkəyə 3,2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, vaksin sertifikatı ilə bağlı tələblərin aradan qaldırılması ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir".
"Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha da yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yaradacaq", - deyə V. Bayramov əlavə edib.



Azərbaycanda 30 milyard manatlıq ÜDM istehsal olunub
Azərbaycana gələn ərəblərin sayı azaldı
İyun ayında karantin rejimi ləğv ediləcək? - AÇIQLAMA
Ölkəyə gələn turistlərin sayı artacaq
Rayonlara gediş-gəliş bu tarixdən bərpa edilsin - TƏKLİF
Yoluxma yenidən arta bilərmi? - Professordan açıqlama
Oktyabrın 1-dən iri ticarət obyektləri, noyabrın 1-dən isə şadlıq sarayları...
Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
Agentlikdən Qarabağ açıqlaması: "1 milyona yaxın insan gələcək"
Ərəb turistlərin Azərbaycana marağı azalır. Səbəb?
Həftəsonu avtobuslar bu saatadək işləyə bilər - TƏKLİF
Azərbaycanda ÜDM-nin həcmi artıb
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 