Dövlət Turizm Agentliyi (DTA) qarşıdakı 4 ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək turistlərin sayını açıqlayıb.
ONN media xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (International Business Forum – IBF) çıxış edən Dövlət Turizm Agentliyinin Aparatın rəhbəri Kənan Qasımov deyib.
K.Qasımov qeyd edib ki, 2025-ci ilə qədər yerli və xarici turistlər birlikdə 1 milyona yaxın insanın azad edilmiş ərazilərə səfər etməsi nəzərdə tutulur.
"Dövlət Turizm Agentliyi olaraq turizmin canlanması və yenidən inkişafı bizim üçün prioritetlərdən biridir", - K.Qasımov bildirib.
Onun sözlərinə görə, turizmin inkişafı ilə bağlı əhəmiyyətli dönüş dövrü 2016-cı il hesab edilir:
"Turizmin iqtisadiyyatda payı 2,4 %, məşğulluqda payı 1,7 %-ə bərabərdir. Ölkəmizdə turizmin artım tempi 12,5 % olub. 2019-cu ildə ölkəyə gələn turistlərin sayı 3,2 milyon nəfər olub. Daxili turistlərin sayı isə 4,3 milyon nəfər olub. Həmçinin turizmin ÜDM-də payı 1,9 milyard manat olub. Biz istəyirik ki, bu göstəricilər artsın. Belə ki, ölkəyə gələn xarici turistlərin sayını 4 milyon nəfərə, yerli turistlərin sayını 5 milyon nəfərə, ÜDM-də payını isə 4 milyard manata çatdırmağı düşünürük".
DTA rəsmisi həmçinin turizm rekreasiya zonalarının yaradılmasını nəzərdə tutulduğunu geyd edib: "İnvestorlara tövsiyə edirik ki, bu yerlərə investisiya yatıra bilərlər".(report)



Aviabiletlər ucuzlaşa bilər
Son 6 ayda ölkəyə gələn turistlərin sayı açıqlandı
Rusiyadan Azərbaycana gələn turistlərin sayı artır
Azərbaycan 3 milyonuncu qonağını gözləyir
Lənkəranda regional turizm idarəsi açılır
Ölkəyə gələn turistlərin STATİSTİKASI
Qəbələyə qatarla 3 saata çatacağıq - Millət vəkili
Azərbaycanda turizm polisi yaradılacaq
Ərəblər Azərbaycandan "küsüb"- SƏBƏB?
Bakıda yeni polislər İŞƏ BAŞLAYIR
Vaksin sertifikatı tələbinin ləğvi ilə bağlı TƏKLİF
Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 