Vitaminlər, omeqa-3 və idman ölümcül xəstəliyin qarşısını necə alır? Alimlərin fikrincə, vitamin D, omeqa-3 yağ turşuları və idman xərçəng riskini azaldır.
İsveçrə, ABŞ, Fransa və Almaniyadan olan beynəlxalq alimlər qrupunun apardığı araşdırma nəticəsində yüksək dozada D vitamini, omeqa-3 yağ turşuları və idmanın kombinasiyası 70 və daha yuxarı yaşda olan insanlarda hər növ xərçəngə tutulma şansını iki dəfədən çox azalda bilər. İki mindən çox insanın iştirak etdiyi üç illik tədqiqatın təfərrüatları "Frontiers in Aging!" jurnalında dərc olunub.
Araşdırma nəticəsində D vitamini xərçəng hüceyrələrinin çoxalmasının qarşısını aldığı bəlli olub. Elm adamları hesab etdilər ki, əslində D vitamini xərçəngin qarşısını almağa kömək etmir, onun inkişafını ləngidir və ölüm riskini azalda bilər.
Omeqa-3 doymamış yağ turşuları xərçəng hüceyrələrinin ölümünə səbəb olur. Omeqa-3 doymamış yağ turşuları iltihabı, hüceyrələrin çoxalmasını və anqioqenezi - yeni qan damarlarının əmələ gəlməsini boğaraq xərçəngin inkişafının qarşısını ala bilir.
Fiziki məşq immuniteti gücləndirir
Fiziki məşq uzunmüddətli sağlamlıq üçün faydalıdır və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. İdman iltihabı yatırıb, immunitet funksiyasını yaxşılaşdırmaqla xərçəng riskini azaldır.
Tədqiqat iştirakçıları üç il ərzində üç aydan bir yoxlanılıb. Nəticədə D vitamini xərçəng riskini 24 faiz, omeqa-3 doymamış yağ turşuları 30 faiz, idman 26 faiz azaltdığı bəlli olub. Hər üç müalicə metodundan istifadə etmək isə xərçəng riskini təxminən 61 faiz azaldır.



Xərçəng xəstəliyinə tutulmamağa kömək edən ərzaqlar
Göz üçün faydalı qidaların siyahısı
Çərəzin insan orqanizminə inanılmaz faydası
Qaraciyər üçün faydalı olan 5 qida
Qocalmanı ləngidən UNİKAL MEYVƏ
Bənzədiyi orqana xeyirli olan qidalar - SİYAHI
Bu meyvə xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır
Depressiyada olanlar bu yağı qəbul etməlidir
Kəskin miqren ağrılarına EV ŞƏRAİTİNDƏ SON
Dərini gözəlləşdirən qidalar
Bu vitamin COVID-19 RİSKİNİ AZALDIR
Diqqəti cəmləməyə kömək edən qidalar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 