Baş ağrısı formasında ifadə edilən miqren xəstəliyinə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. ONN media xəbər verir ki, hər 5 qadından və 10 kişidən birində bu xəstəlik özünü biruzə verir. Araşdırmalar miqren və qidalar arasında əlaqə olduğunu göstərir. Bəzi qidalar miqrenə səbəb ola bilər. Bəziləri isə bunun qarşısını ala, hətta müalicə edə bilər. Əncir İltihabı azaldır və baş ağrılarını uzaqlaşdıran kaliumla zəngindir. Avokado Avokado miqrenlə savaşmaq üçün effektiv vasitədir. Lütein və zeaksantin kimi antioksidantlar baxımından zəngindir. Şiddətli baş ağrısını kəsir. Som balığı Omeqa-3 yağ turşuları və vitamin B2 ilə zəngin balıq, tez-tez hiss edilən baş ağrılarının möcüzəvi dərmanıdır. Şirin kartof Sadəcə dadı ilə deyil, həm də ağrılara qarşı mübarizə ilə də xoşunuza gələcək. C vitamini ilə zəngindir, B1 və kalium tərkiblidir. Kök və xiyar Miqren xəstəliyinə ən böyük təsir edən vasitələrdən biri bol su içməkdir. Xiyar, kök, qarpız və kərəviz kimi su ilə zəngin qidalar da buna daxildir. Dehidrasiya baş ağrısının öndə gələn səbəblərindən biridir. Kələm və kinoa Bu iki qida da miqrenin qarşısının alınmasına yardımçı olur. Riboflavin, maqnezium və dəmirlə zəngin kinoa ağrıları uzaqlaşdırır, kələm isə Omeqa- 3 lif tərkibi ilə miqrenə qarşı qalxan yaradır. Qatıq Aparılan araşdırmalara görə, B vitamininin bir parçası olan riboflavin qatığın tərkibində yüksək miqdarda var. Miqren ağrıları ilə tez-tez qarşılaşırsınızsa, qatığa üstünlük verin. Limon suyu Yüksək miqdarda C vitamini tərkibli limon suyunun sağlığa faydaları tez-tez müzakirə edilir. Ağrı yaranan zaman limon suyunu bir stəkan suya qarışdırın və 2 çay qaşığı duz əlavə edin. Bu içki iltihabı aradan qaldıracaq.
Kəskin miqren ağrılarına EV ŞƏRAİTİNDƏ SON



Ən çox yayılan beyin problemi - Miqrendən necə qurtulmaq olar?
Qara şokolad, yaşıl çay, avokado... - İnsanı cavanlaşdıran qidalar AÇIQLANDI
Qocalmanı ləngidən UNİKAL MEYVƏ
Dərini gözəlləşdirən qidalar
Hərgün avakado yesəniz nə baş verər?
Streslə necə mübarizə aparaq?
DİQQƏT - Bu ərzaqlar baş ağrısına səbəb olur
Dərinin elastikliyi və təbii gözəlliyi qorumağa kömək edən 10 faydalı məhsul
Baş ağrılarının BİLMƏDİYİNİZ SƏBƏBİ
İnsanı 10 yaş cavanlaşdıran qidalar hansılardır?
Uşaqlarıda baş ağrısının səbəbləri nədir?
Azərbaycan mətbəxində miqrenoz yeməyi aşkarlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 