Pakistan Milli Bankı Bakı filialını ləğv etmək qərarına gəlib.
ONN media Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Bankın mərkəzi ofisindən bildirilib.
Məlumata görə, Bank Almata və Düşənbədə yerləşən iki törəmə müəssisəsi ilə yanaşı, Bakı, Bişkek və Aşkabadda yerləşən üç filialın bağlanmasına da qərar verib. Bununla bağlı Pakistan Milli Bankının İdarə Heyəti Pakistanın Maliyyə Nazirliyi və Dövlət Bankından lazımi icazələrin alınması üçün müraciət edib.
Bundan əlavə, Əfqanıstan və Banqladeşdəki ölkə əməliyyatlarının müvafiq olaraq Kabil və Dəkkədə yerləşən hər ölkə üzrə yalnız bir filialla məhdudlaşdırılması qərara alınıb.
Pakistan Milli Bankı İdarə Heyəti bundan əvvəl 2022-ci ilin yanvarın 17-də Paris filialının bağlanmasını təsdiqləmişdi.
Məsələ ilə bağlı Pakistan Milli Bankının Bakı Filialından bildirilib ki, filialın bağlanması ilə bağlı hələlik hər hansı bir qərar verilməyib. Bununla belə, hazırda bank əməliyyatları dayandırılıb.
Qeyd edək ki, Bankın Bakı Filialı artıq bir neçə ildir ki, zərər açıqlayır. Filialın audit olunmuş hesabatına əsasən 2021-ci il üzrə xalis zərəri 400 min manat təşkil edib.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir.



Azərbaycanda bu bankın fəaliyyəti MƏHDUDLAŞDIRILDI
Abdullahian Pakistana səfərə gedir
ABB Rusiya və Gürcüstan bazarını tərk edir
Pakistan və İran arasında gərginlik bitdi
Pakistanda partlayış: 17 nəfər öldü
Pakistanda seçki məntəqəsində atışma olub
Pakistandan Hindistana nota
Bakıda bank işçisi koronavirusa yoluxdu - Filial bağlandı
Pakistan və Hindistan arasında nə baş verir?
Pakistan İranla sərhəddə qoşun yığır
Pakistan addım atacaq!- Alvi
Azərbaycanda bir bankın lisenziyası ləğv edildi
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 