“Azərbaycan Beynəlxalq Bankı” bəzi törəmə qurumlarının bağlanması barədə qərarına aydınlıq gətirib.
ABB-dən ONN media-ya verilən məlumata görə, ləğvinə qərar verilən törəmə qurumlar “Bank “MBA-Moskva” (MBA-Moskva), “Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan” (ABB-Gürcüstan) bankları və “Biznes-Rabitə” MMC-dir.
“Azərbaycan Beynəlxalq Bankı” İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bildirib ki, martın 14-də keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb:
“Bu qərar, təbii ki, ətraflı təhlillərə əsaslanır. Adıçəkilən qurumların bankın gələcək fəaliyyəti üçün iqtisadi baxımdan səmərəliliyi nəzərə alındı və onların fəaliyyətinin dayandırılmasına qərar verildi. Belə bir qərar Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə hazırlıq planları ilə də bağlıdır”.
Bu müəssisələri ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin müvafiq qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.
Bankın digər törəmə müəssisələri, o cümlədən “Azərikard” prosessinq mərkəzi və “Beynəlxalq Lizinq” Şirkəti isə fəaliyyətini davam etdirməkdədir.
Qeyd edək ki, “Aqrarkredit” QSC səhmdar kredit təşkilatının “Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki payı dövlətə ötürülüb. Beləliklə, dövlətin bankın səhmlərindəki payı 96,5 %-ə yüksəlib.
Xatırladaq ki, martın 14-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
Yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunub.
Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.
Səhmdarların ümumi yığıncağında “Azərbaycan Beynəlxalq Bankı”nın kənar auditor tərəfindən aparılmış müvafiq audit hesabatı da təsdiqlənib. Eyni zamanda, bankın bir sıra törəmə təşkilatlarının bağlanması barədə qərar qəbul olunub.



Bu bankda əmanəti olanlara pis xəbər
Beynəlxalq Bankın rəhbərliyində yeni təyinatlar
Beynəlxalq Bankın İdarə Heyətində DƏYİŞİKLİK - Murad Şirəliyev vəzifəsindən...
Beynəlxalq Bankın rəhbərliyində dəyişiklik – Yeni təyinatlar
Bakı-Sumqayıt qatarında YENİLİK: Artıq bank kartları ilə də...
Prezidentin təyin etdiyi yeni köməkçi kimdir?- Dosye
Azərbaycan-Gürcüstan sərhədi bağlandı
Azərbaycanda xəstəxanalarda YENİLİK
Azərbycanın bu bankı özəlləşdirilir
Daha bir bankın lisenziyası ləğv edilir?
Samir Şərifov: "Dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var"
Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 