ONN media xəbər verir ki, məşhur müğənni, Hollivud ulduzu Cennifer Lopez və başqaları qırmızı xalçada geyimləri ilə göz qamaşdırıb.
Dünən gecə Los-Ancelesdə illik "MTV Movie & TV Awards 2022” mərasimi baş tutub. Bir tədbirdə müğənni və aktrisa Cennifer Lopez iştirak edirsə, sözsüz gecənin ulduzu ondan başqası ola bilməz. Mükafatlandırma mərasimi də istisna olmayıb. 52 yaşlı Cennifer Lopez sadəcə qırmızı xalçada poza verməklə kifayəntlənməyib, həm də mükafat alıb.
Gözəl ulduz musiqi sənayesindəki peşəkar nailiyyətlərinə görə "Nəsil” nominasiyası üzrə mükafatlandırılıb. Bundan əlavə, müğənni baş rolda da oynadığı "Mənimlə evlən” filminə görə ən yaxşı saundtrek mükafatını alıb. Bu münasibətlə o, çox təsirli bir çıxış edib, özü də bir az təsirlənib.
"Birlikdə işləməkdən zövq aldığım bütün gözəl insanlara təşəkkür etmək istəyirəm. Mənə həyat, sevinc bəxş edənlərə, həm də ürəyimi qıranlara təşəkkür edirəm. Mənə həqiqəti deyənlərə və yalan danışanlara təşəkkür edirəm. Məni daha güclü etdiyinə görə məyusluqlara, aldığım zərbələrə və mənə sevməyi öyrətdiyinə görə övladlarıma təşəkkür edirəm. Hər kəsə, eləcə də Benə və məni evdə naharda gözləyənlərə təşəkkür edirəm. Mən saat yeddidə orada olacam!” , - məşhur öz toyu ərəfəsində səsləndirdiyi çıxışında deyib.
Mərasimə sevgilisi Ben Afleksiz gələn ulduz bədən formalarının bütün üstünlüklərini vurğulayan cəlbedici bir paltar geyinib. O, DSW kolleksiyasından dekolteli qara trikotaj donun üzərindən "Monot” dəri jilet və obrazını yüksəkdabanlı sandallarla tamamlayıb. Ulduz obrazını 2000-ci illərə istinad edərək aktyorun ona hədiyyə etdiyi brilyant sırğalar, boyunbağı və nişan üzüyü ilə tamamlayıb.
Digər laureatlar arasında Tom Holland, Zendaya, Skarlett Yohanson, Duayn Conson, Kris Pratt, Uill Smit, Riz Uizerspun, Robert Dauni Jr, Mark Uolberq, Sandra Ballok, Ceymi Foks, Conni Depp, Ben Stiller, Adam Sandler, Mayk Mayers, Tom Kruz, Cim Kerri və "Forsaj”ın bütün üzvləri olub



Dünyaca məşhur müğənni Türkiyəyə gedir
Cennifer Lopez bu məşhurla ailə qurdu
"Cennifer Lopez məni yamsılayır"
Cennifer Lopez gözəllik sirrini açdı
Lopez Lady Qaqanı ağlatdı
Cennifer Lopez belə görüntüləndi
Cennifer Lopesin 50 yaşı oldu
Cenifer Lopez Türkiyədəki konsetində nə qədər qazandı?
Cenifer Lopez Türkiyəyə gəlir - Ərdoğanın qaldığı villaya yerləşəcək
Nebahat Çehre bu dəfə azərbaycanlını SEÇDİ
Cenifer Lopez Azərbaycana gələcək?
Cennifer Lopes ayrıldığı nişanlısı ilə yenidən birlikdə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 