Enrike İqlesias, Cenifer Lopez və Riki Martinlə danışıqlar aparılır
ONN media-nın məlumatına görə, bunu müğənni, Azərbaycanın xalq artisti Emin Ağalarov iyulun 23-dən 28-dək Xəzər dənizinin sahilindəki "Sea Breeze Resort"da keçiriləcək "DREAM FEST 2024"ə həsr olunmuş mətbuat konfransında deyib.
"Bu yay üçün kiminsə təsdiqlənəcəyinə əmin deyiləm, amma ümid edirəm ki, onlardan biri gələ biləcək. Gələn yay bizdə Lenni Kravitz olacaq. Sənətçilər yüksək səviyyəlidirlər, bir-iki il öncədən işlərini planlaşdırırlar. Bu, çətin prosesdir", - deyə xalq artisti bildirib.
E.Ağalarovun sözlərinə görə, bu il üçün Ceyson DeRulo, Cek Savoretti və bəzi digər ulduzların da adı təsdiqlənib.
"Siyahı daha sonra açıqlanacaq. Deyə bilərəm ki, dünyanın hər yerindən ifaçılarımız var", - o qeyd edib.
E.Ağalarov onu da bildirib ki, populyar musiqi tarixinin ən uğurlu prodüserlərindən biri kimi tanınan kanadalı müğənni Devid Fosterin gecəsi çərçivəsində Nikol Şerzinger və Ketrin Makfi ilə duet oxumağı planlaşdırır. Tədbir musiqi festivalı çərçivəsində baş tutacaq.
"Sənətçilər Fosterin hazırladığı mahnıları ifa edəcəklər", - E.Ağalarov vurğulayıb



Emin Ağalarov "Jara" ilə bağlı AÇIQLAMA YAYDI
Emin Ağalarov elan etdi: "Jara" bu il...
“Jara-2020” keçiriləcək? - Emin Ağalarovdan AÇIQLAMA
Ağalarov: “Jara-2020” beş gün davam edəcək
Emin Ağalarov vəzifəsindən ayrıldı
Cenifer Lopez Türkiyəyə gəlir - Ərdoğanın qaldığı villaya yerləşəcək
Emin Ağalarov rus kanalında: Qarabağ bu cür həll olunmalıdır – VİDEO
Xalq Artisti onlayn qazancını AÇIQLADI
Prezidentin nəvəsi aparıcılıq edəcək
"Sea Breeze"də 360 mənzili bir adama satmışam - Emin
Bakıda növbəti “JARA” festivalı başlayır
"See Breeze"-ə nə qədər pul xərclənib?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 