Azərbaycan Mərkəzi Bankı rüblük hesabatları vaxtında verməyən sığorta agentlərinə xəbərdarlıq edib
ONN media xəbər verir ki, Mərkəzi Bankın məlumatında qeyd olunur ki, sığorta bazarının infrastrukturunun, o cümlədən sığorta vasitəçiliyinin gücləndirilməsi Mərkəzi Bankın sığorta sektorunun inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir:
“Bu məqsədlə xarici təcrübəyə uyğun olaraq sığorta vasitəçiliyi ilə bağlı müasir tələblərin formalaşdırılması, öyrənmə və inkişaf imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılır.
2021-ci il 27 may tarixli “Sığorta fəaliyyəti haqqında” Qanununa edilmiş dəyişikliklərə əsasən, sığorta agentləri müvafiq lisenziya ilə sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olarkən eyni zamanda, sığortaçıda əmək fəaliyyəti ilə məşğul ola bilməzlər. Burada məqsəd sığorta vasitəçilərinin müstəqil bazar iştirakçısı kimi rolunun gücləndirilməsinə xidmət edir.
Son illərdə sığorta bazarında başlanmış yeni inkişaf trendləri sığorta vasitəçiləri arasında da rəqabəti gücləndirmiş, vasitəçilər qarşısında yeni inkişaf çağırışları yaradıb”.
Bankdan bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən sığorta agentləri rüblük hesabatları müvafiq rüb başa çatdıqdan 20 gün müddətində Mərkəzi Banka təqdim etməlidirlər: “Rüblük hesabatların təqdim edilməməsinə görə 2021 və 2022-ci illər ərzində 251-i fiziki və 2-si hüquqi şəxs olmaqla 253 lisenziya dayandırılmışdır. Dayandırılmış lisenziyalardan 92-si (91 fiziki şəxs agent) bərpa olunub”.
Qeyd olunur ki, Mərkəzi Bank tərəfindən 160 sığorta agentinin lisenziyası ləğv olunmuşdur. Ləğv olunmuş lisenziyalardan 98-i könüllü müraciət əsasında, 62 agentin lisenziyası isə qanunvericiliyin tələblərinə riayət edilməməsi səbəbindən məcburi qaydada ləğv edilib.
Bununla yanaşı, 2021-2022-ci illər ərzində 24 agentə sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı yeni lisenziya verilib



Azərbaycanda ilk dəfə Aqrar Sığorta Şirkəti yaradıldı
“Günay Sığorta”nın lisenziyası ləğv olundu
Azərbaycanda yeni Fond yaradıldı
Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı
İsşizlər üçün MÜHÜM XƏBƏR
Elektromobil sahiblərinin NƏZƏRİNƏ
“Azərsığorta”nın fəaliyyəti məhdudlaşdırılıb
Sığortaçılar üçün attestasiya keçiriləcək
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcəsi artırılır
İşsizlikdən sığorta fondunun büdcə layihəsi müzakirəyə çıxarılır
Bərbər və taksi sürücülərinə ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 