Metroda sərnişinlərdən biri siqaret çəkib.
ONN media xəbər verir ki, sözügedən məsələ ilə bağlı video sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, metropolitendə yeni qatarlardan birində orta yaşlı bir kişi sərnişin vaqonunun ortasında siqaret yandırır. Ətrafdakı xanım sərnişinlər yerlərindən duraraq oradan uzaqlaşırlar, digər iki sərnişin isə kişiyə yaxınlaşaraq siqaret çəkməsinin qarşısını almağa çalışır.
Metroda tütün məhsullarının istifadəsi qanunla qadağandır. Bu kimi hallar sadəcə qanun pozuntusu deyil, bütün sərnişinlər üçün həyati təhlükə yarada bilər.
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu istiqamətdə araşdırma aparılır:
“Hadisənin nə zaman, hansı stansiyada, hansı vaqonda baş verdiyi aidiyyəti şöbə tərəfindən araşdırılır. Lakin paralel olaraq sərnişinlərimizin bu kimi hallarla qarşılaşdıqları zaman maşinist rabitəsi vasitəsilə maşinistlə əlaqə saxlayıb məlumat vermələri tövsiyə olunur. Eyni zamanda qatar stansiyaya girdiyi zaman həmin qayda pozan sərnişin və ya sərnişinlərə narahatlıq yaradan hər hansı bir durum barədə metropoliten əməkdaşlarına və metro polisinə də məlumat vermələri arzuolunandır. Bu kimi hallarda bənzər problemlər daha tez müəyyənləşir və aradan qaldırılır. Sözügedən video ilə bağlı araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”



Bakı metrosunda eskalatot dayandı- Xəsarət alanlar var
Metroda 9 dəqiqə gecikmə sıxlığa səbəb oldu
Bakı metrosunda hadisə olub
Bakı metrosunda həyəcanlı anlar- DƏHŞƏT
Bakı metrosunda OLAY - Yeni qatars...
Bakı metrosunda OLAY: ana qızını...
Bakı metrosunda sərnişinlər boşaldılır - NƏ BAŞ VERİR?
Metroda sərnişinlər qatardan niyə düşürdüldü?
Bakı metrosunda sərnişin FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
Metroda DƏHŞƏT- Sərnişinlər təhlükə ilə üz-üzə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 