Bakıda zavodda yanğın olması barədə görüntülər yayılıb. Bildirilib ki, yanğın hadisəsi SOCAR-a məxsus zavodların birində baş verib.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya Xidmətindən ONN media-ya bildirilib ki, bu, yanğln hadisəsi deyil, texniki prosesdir.
Qeyd edilib ki, şirkət bir müddət əvvəl də məsələ ilə bağlı ictimaiyyətə bu barədə xəbərdarlıq edib.
Belə ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən istismar dayanıqlılığı və mükəmməlliyi proqramının tərkib hissəsi olaraq 2022-ci il 4 aprel tarixindən etibarən zavodda 50 gün müddətinə əsaslı planlı təmir işlərinə başlanılıb.
“Hazırda əsaslı təmir işlərinin yekun mərhələsi icra edilir və plana uyğun olaraq zavodun əsas texnoloji qurğularının istismara verilməsi prosesi həyata keçirilir.
NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması zamanı mümkün texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən karbohidrogen qarışıqlarının zavodun məşəl sistemlərinə göndərilməsi həyata keçirilir və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmə görünür.
Bu tüstülənmə qurğular tam olaraq istismar həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə bilər”.



Ölkədə niyə maye qaz problemi yaranıb? - SOCAR-dan açıqlama
Türkiyədə zavodda güclü yanğın olub
Bakının neft emalı zavodu işini dayandırdı
SOCAR İran neftindən imtina edir – Rəsmi
Azərbaycan İstanbulun yeni hava limanına aviayanacaq tədarükünə başladı
Yanğında xəsarət alan işçi ilə bağlı rəsmi açıqlama
İranda neft emalı zavodunda güclü yanğın baş verib
Küveytdə neft emalı zavodunda yanğın baş verdi
SON DƏQİQƏ: “Azərikimya” zavodunda yanğın: -7 nəfər yaralandı
SOCAR-dan sürücülərin narazılığına CAVAB VERİLDİ
Partlayışla bağlı SOCAR-dan AÇIQLAMA
Azərbaycanda yeni zavod tikiləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 