Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir və yenidənqurma işləri ilə əlaqədar son bir ayda ölkədə maye qaza tələbatın ödənilməməsi müşahidə edilir. Ötən gün SOCAR zavodda işlərin artıq yekunlaşmaq üzrə olduğunu açıqlayıb. Bəs görəsən, maye qaza olan tələbat bundan sonra tam təmin ediləcəkmi? Məsələ ilə bağlı ONN media-ya açıqlama verən SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov bildirib ki, maye qaz qıtlığı bu il tələbat artdığı üçün qeydə alınıb: “Neft Emalı Zavodunda təmir işləri əsasən bitib. Biz 4 böyük qurğuda əsaslı təmir işləri aparıb, yekunlaşdırmışıq. İndi zavodda istismarın bərpa olunmasına hazırlaşırıq. Bundan sonra çox güman ki, maye qazın təchizatında vəziyyət yaxşılaşacaq. Bununla yanaşı, zavodun sonrakı illərdə istehsalat gücü də artırılacaq. Lakin tələbat da artdığı üçün maye qazda qıtlıq yaranır. Yəni bu gün müşahidə edilən qıtlığın əsas səbəbi tələbatdır. Bunun üçün yaxşı olar ki, istehlakçılar həm də alternativ məhsullara diqqət etsinlər. O cümlədən, CNG-dən də istifadə etmək olar. Çünki qarşıdakı günlərdə maye qaza olan tələbat daha da artacaq”. Qeyd edək ki, oktyabrın 4-də Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir və yenidənqurma işləri başladılmışdı. Bu ərəfədə isə ölkədə maye qazda (məişətdə istifadə olunan qaz balonları və yanacaq) qıtlıq özünü göstərməyə başladı.
Ölkədə niyə maye qaz problemi yaranıb? - SOCAR-dan açıqlama



Bakının neft emalı zavodu işini dayandırdı
SOCAR-ın zavodunda yanğın olub?
Bölgələrdə maye qaz bahalaşıb - VİDEO
Prezident İlham Əliyev neft emalı zavodunda
SOCAR-dan sürücülərin narazılığına CAVAB VERİLDİ
Azərbaycanda yeni zavod tikiləcək
SOCAR propan qazının bahalaşmasına münasibət bildirib
SOCAR İran neftindən imtina edir – Rəsmi
SOCAR Ermənistan bazarına bu cür girir
Aİ-92 markalı benzinlə bağlı QƏRAR VERİLDİ
Arıqlamaq üçün niyə su içməliyik?
Bakıda bitum daşıyan yük maşını aşdı, maye yola dağıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 