Kəklikotu çayı soyuqdəymə, bronxit və öskürək kimi xəstəlikləri aradan qaldırır, selikli qişaları qurudur və öskürəkdən xilas olmaq üçün bronxial keçid spazmını sakitləşdirir. Eyni zamanda, infeksiyalara qarşı mübarizə aparan antiseptik xüsusiyyətlərə malikdir. Boğaz ağrısını və öskürəyi sakitləşdirir. Kəklikotunun tərkibi efir yağları, minerallar, faydalı fenollar və flavonoidlərlə zəngindir. Kəklikotu xora, iltihab problemlərindən əziyyət çəkənlər üçün də olduqca faydalıdır.
ONN media xarici mediaya istinadən xəbər verir ki, kəklikotu ayaqlarda baş verən revmatik ağrılar zamanı əzələlərin yığılmasının qarşısını alır və ağrıları yüngülləşdirir.
Belə ki, kəklikotunun antiviral təsiri səbəbindən qripin tez və yüngül keçməsinə kömək edir. Yüksək hərarət, öskürək, boğaz ağrısı, iştahasızlıq, əzələ və sümüklərdə ağrılar qripin ən əhəmiyyətli əlamətləridir. Gün ərzində 3 dəfə kəklikotu çayı içməklə bu halların qarşısını almaq mümkündür.
Həmçinin kəklikotunun tərkibində olan karvakrol xərçəng xəstəliyindən qoruma xüsusiyyətinə malikdir və bu da bitkini potensial xərçənglə mübarizə aparan qida maddəsi edir. 2015-ci ildə “Anti-Cancer Drugs” jurnalında dərc edilən bir araşdırma göstərdi ki, karvakrol xərçəng hüceyrə xəttinin yayılmasına və hərəkətinə maneə törədir.
Kəklikotu çayı tərkibindəki antioksidant və yüksək miqdarda flavonoidlər səbəbindən sağlam hüceyrə funksiyasını qoruyur, hüceyrələrdə və orqanlarda erkən yaşlanma əlamətlərinin qarşısını alır.
Tədqiqatlar kəklikotunun yüksək təzyiq probleminə də yaxşı təsir etdiyini göstərib



Kəklikotunun çoxsaylı faydaları
Kəklikotu bu dərdlərə çarədir - Bitkinin bilinməyən faydaları
Mikrobları öldürən ƏLA VASİTƏ
Bitki çaylarının faydaları
Xərçəngi məhv edir, qəbizliyi aradan qaldırır
Payız soyuqdəyməsindən bunlarla qorunun
Akasya çayının inanılmaz faydaları
Müalicəvi otlar orqanizmə ziyan vura bilir - DİQQƏT!
Fərqli bitki çayları - Orqanizmə necə təsir edir?
Limon və kəklikotu ilə soyuq çayın HAZIRLANMASI
Qara istiotun möcüzə faydaları
Ağ turp hansı xəstəlikləri MÜALİCƏ EDİR?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 