Adətən 16 yaşına çatmayan şəxslər cinayət məsuliyyətinə cəlb olunmurlar. Lakin Cinayət Məcəlləsinin 20-ci maddəsində əksini tapan bir sıra cinayət halları istisnadır. Məsələn, qəsdən adam öldürmək, qəsdən sağlamlığa ağır zərər vurmaq, adam oğrulamaq, zorlamaq, seksual xarakterli zorakılıq hərəkətləri, oğurluq, talama məqsədi olmadan avtomobil qaçırma, girov götürmək, terrorçuluq və s. Bu hallarda cinayət məsuliyyəti 14 yaşdan başlanılır.
Bu sözləri ONN media-ya açıqlamasında DTX-nın son əməliyyatında şərti adı Fidan olan 16 yaşı hələ tamam olmamış qızın cinayət məsuliyyətinə cəlb olunub-olunmayacağını şərh edən hüquqşunas Anar Qasımlı deyib.
“Cinayət Məcəlləsinin 214-cü maddəsində terrorçuluğun anlayışı verilir: ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanlarının və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul etməyə təsir göstərmək məqsədilə insanların həlak olması, əmlaka əhəmiyyətli ziyanın vurulması, başqa ictimai təhlükələrin baş verməsinə səbəb olan partlayış, yanğın və s. İctimaiyyətə açıqlanan məlumatlar hələ həmin yeniyetmənin əməlini terrorçuluq kimi qiymətləndirmək imkanı vermir”, - hüquqşünas deyib.
Onun sözlərinə görə, əgər bu hallar istintaq tərəfindən təsdiqlənsə, terror cinayətlərinə görə Azərbaycan Cinayət Məcəlləsində 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə, ağırlaşdırıcı hallarda isə 14 ildən 20 ilədək cəza nəzərdə tutulur:
“Burada cinayət məsuliyyətinin şərtləri də vacibdir. Şərtlər ondan ibarətdir ki, Cinayət Məcəlləsi ilə müəyyən edilmiş yaş həddinə çatmış və cinayət törətmiş şəxs anlaqlı olmalıdır. İctimaiyyətə göstərilən görüntülərdən gürünür ki, həmin yeniyetmənin anlaqlı olub-olmaması müzakirə mövzusu deyil. İlk baxışdan o, sərbəst şəkildə danışır. Amma hər bir halda bu məqam da yoxlanılacaq. Yeniyetmə cinayət məsuliyyətinə cəlb edilməsə belə, o, nəzarətsiz qalmayacaq. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” qanununa uyğun olaraq, azyaşlı qız qapalı və ya açıq tipli tərbiyə müəssisəsinə göndərilə bilər”.
Qeyd edək ki, şərti adı Fidan olan 16 yaşına çatmamış azərbaycanlı qız erməni xüsusi xidmət orqanlarının sifarişini bilərək, qəsdən icra edib və erməni terrorçularını təbliğ, Azərbaycan Ordusuna qarşı kampaniya aparmaqla məşğul olub.



Ağadadaş Ağayevə cinayət işi açıldı
Abşeronda İYRƏNC CİNAYƏT
26 yaşlı Kəmalə Sultanovanın qətli ilə bağlı YENİ XƏBƏR
DTX məlumat yaydı- Manukyan həbs edildi
Rusiyada 6 il əvvəl cinayət törədən Əlövsət Məmmədov hakim qarşısında
Uşaqlara işgəncəyə görə cinayət işi başlandı
Azərbaycanda 18 yaşlı qızın tualetə zəncirlənməsinə görə cinayət işi açıldı
DTX-dan daha bir əməliyyat - Terror-təxribat təlimləri almış şəxs ƏLƏ KEÇDİ
Nərminin qatilinin işi məhkəməyə göndərildi
Şabranda bacısını öldürən qardaşın məhkəməsi başlayır
Azərbaycanda tükürpədici HADİSƏ - Bacısının azyaşlı qızına...
Öldürülən 4 yaşlı qızın atasına cinayət işi açıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 