Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tiflis şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
AZAL-dan ONN media-ya verilən məlumata görə, Bakı-Tiflis-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutacaq.
AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında və aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.
Qeyd etmək lazımdır ki, Bakı-Tiflis-Bakı istiqamətində eyni zamanda "Buta Eyrveys" aşağıbüdcəli aviaşirkəti hər gün iki dəfə uçuşlar həyata keçirir.
Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Gürcüstana səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl ölkəyə daxil olma qaydaları ilə tanış olmaq tövsiyə olunur.
Azərbaycana giriş qaydaları haqqında məlumatla buradan tanış olmaq mümkündür.



Bu ölkəyə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıdan bu şəhərə gedişlər bərpa edilir
AZAL-dan daha bir YENİLİK
AZAL İtaliyaya uçuşları bərpa edir
Bu ölkələrə getmək istəyənlərin NƏZƏRİNƏ
Sofiyaya getmək istəyənlərə ŞAD XƏBƏR
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
AZAL bu reys üçün bilet satışına başladı
Soçiyə getmək istəyənlərin NƏZƏRİNƏ
AZAL məlumat yaydı- ARTIQ BAŞLAYIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 