Azərbaycan Hava Yolları QSC-nin törəmə müəssisəsi “Buta Eyrveys” Rusiyanın Ufa şəhərinə və geriyə uçuşları bərpa edir.
Bu barədə ONN media-ya “Buta Eyrveys” şirkətindən bildirilib.
Aviaşirkət 3 iyuldan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Ufa şəhərinə reyslər yerinə yetirməyə başlayacaq. Bakı-Ufa-Bakı istiqaməti üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Həmçinin xatırladaq ki, “Buta Eyrveys” aviaşirkəti 15 iyundan etibarən həftədə iki dəfə olmaqla Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
“Buta Eyrveys” aviaşirkətinin Rusiya şəhərlərinə planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, habelə aviaşirkətin rəsmi saytında satışdadır.
Bu reyslərə qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Rusiyaya səyahət etməyi planlaşdıran sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətin saytında tanış olmaq olar.
Azərbaycana giriş qaydaları haqqında məlumatla bu keçid vasitəsilə tanış olmaq olar:



Azərbaycan Rusiyaya uçuşları bərpa edir
Tiflisə getmək istəyənlərin NƏZƏRİNƏ
“Buta Eyrveys” bu ölkəyə uçuşlara başlayır
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
Tbilisə getmək istəyənlərə ŞAD XƏBƏR - AZAL bu tarixdən...
İstanbul-İrəvan aviareyslərinin qiyməti bəlli oldu
“Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
Sankt-Peterburqdan Bakıya yeni reys açılır
Sofiyaya getmək istəyənlərə ŞAD XƏBƏR
DİQQƏT: Rusiyanın üç şəhərindən Bakıya reyslər bərpa olunur
Soçiyə getmək istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 