Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərə müraciət edib.
DİM-dən ONN media-ya verilən məlumata görə, musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər iyunun 23-dən etibarən bu link vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər. Bir konsertmeyster bir növbə ərzində ən çoxu üç abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
| İxtisaslar | Komissiya kodu |
| İnstrumental ifaçılıq (alətlər üzrə) | 20,21,22,23,31 |
| Vokal sənəti (sahələr üzrə) | 24, 25, 28 |
| Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) | 26, 36 |
| Dirijorluq (sahələr üzrə) | 27 |
| Bəstəkarlıq | 29 |
| Musiqi müəllimliyi | 32 |
| İnstrumental ifaçılıq (alətlər üzrə) | 4302, 4402 |
| Vokal sənəti (sahələr üzrə) | 4701, 4702, 4501, 4502 |
| İnstrumental ifaçılıq (alətlər üzrə) | 220, 221, 222, 230 |
| Vokal sənəti (sahələr üzrə) | 223, 224 |
| Aşıq sənəti | 4102 |
| Aşıq sənəti | 227 |
Konsertmeysterlər əvvəlcə bu linkə daxil olub şəxsi kabinet (kabineti olmayanlar) açmalıdırlarlar. Şəxsi kabinet açdıqdan sonra bu linkə daxil olub şəxsi kabinetin istifadəçi adı və parolunu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra "əlavə et" düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib "Axtar" düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra "Yadda saxla" düyməsini basmaq tələb olunur.
Abituriyentləri əlavə edib "Çap et" düyməsini basmaqla buraxılış vərəqəsini çap etmək lazımdır.



DİM bu abituriyentlərə müraciət etdi
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başladı
Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
DİM-dən magistratura ilə bağlı müraciət
Jurnalist olmaq istəyənlərin nəzərinə
Abituriyentlərin nəzərinə-Qaydalar dəyişdi
DİM: Bu ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək
Qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul üçün qeydiyyat vaxtı açıqlandı
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi
Bu abituriyentlərin NƏZƏRİNƏ! Qeydiyyat başladı
Bu abituriyentlər imtahan verməyəcəklər- DİQQƏT
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 