Abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün iyulun 19-dan 24-dək qeydiyyatdan keçə bilərlər. Dövlət İmtahan Mərkəzindən ONN media -ya verilən məlumata görə, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı da verməlidirlər. “İslamşünaslıq” ixtisası üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlərin III ixtisas qrupu üzrə qəbul imtahanında topladıqları ümumi balı ən azı 150 bal, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 50 bal olmalıdır. Müsabiqə şərtlərini ödəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün 19‑24 iyul 2019-cu il tarixlərində DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisəsini bitirən) cari ildə Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.
Qabiliyyət imtahanının proqramı və qiymətləndirmə meyarları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilmişdir. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını da seçə bilərlər.Bu abituriyentlərin NƏZƏRİNƏ! Qeydiyyat başladı



“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!
Abituriyentlərin nəzərinə-Qaydalar dəyişdi
Kolleclərə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ!
Jurnalist olmaq istəyən abituriyentlərin DİQQƏTİNƏ
DİM bu abituriyentlərə müraciət etdi
Kolleclərin boş qalan yerlərinə qəbul elan olundu
İxtisas seçimi elanı dərc edildi
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başladı
Jurnalist olmaq istəyənlərin nəzərinə
Abituriyentlərin DİQQƏTİNƏ
Kolleclərə ixtisas seçimi başlayıb
Tələbə qəbulu qaydalarında dəyişilik edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 