Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəf dövlətlərin 22-ci iclası çərçivəsində BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.
Bu barədə ONN media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Seçkilərdə Komitədə mövcud olan 12 vakant yer uğrunda 23 ölkənin namizədi, o cümlədən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, BMT-nin sözügedən Komitəsinin hazırda üzvü və sədr müavini olan Elgün Səfərov mübarizə aparıb.
187 dövlətin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi 109 səs toplayaraq Komitənin növbəti müddətə yenidən üzvü seçilib.
Qeyd edək ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi BMT-nin müvafiq konvensiyasının müddəalarının tərəf dövlətlər tərəfindən yerinə yetirilməsinin monitorinqini aparır və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca beynəlxalq mexanizmlərdən biri hesab edilir.
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndəsinin bu mötəbər quruma seçilməsinə dəstək vermiş bütün dövlətlərə öz minnətdarlığını bildirir.



Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Komitədən qadınların aksiyası ilə bağlı - RƏSMİ AÇIQLAMA
Azərbaycanda qadın rektor və direktorların sayı açıqlanıb
Azərbaycan UNESCO-nun komitəsinə üzv seçildi
Dövlət Komitəsi uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürdü
İşləyən qadınların nəzərinə- Məhdudiyyət qoyulacaq
Səudiyyə Ərəbistanında qadınlara daha bir qadağa aradan qaldırılır
Haaqa Məhkəməsi Ermənistanla bağlı QƏRAR VERƏCƏK - BU TARİXDƏ
Haaqa Məhkəməsi BU GÜN Ermənistanla bağlı QƏRAR VERƏCƏK
Şahin Mustafayevə yeni vəzifə verildi
Bahar Muradovaya yüksək vəzifə verildi
Azərbaycan məscidlərində bir ilk
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 