Bu gün Niderlandın Haaqa şəhərində BMT-nin Beynəlxalq məhkəməsi Azərbaycanın iddiası əsasında Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi barədə müvəqqəti qərarı açıqlayacaq.
Azərbaycan "Bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması barədə" Beynəlxalq konvensiyanın pozulmasına görə BMT-nin Beynəlxalq məhkəməsində Ermənistana qarşı iddia qaldırıb.
Ermənistan azərbaycanlılara qarşı milli və etnik mənşəyinə əsaslanan ayrı-seçkilik fəaliyyətini həyata keçirib və bu addımları atmaqda davam edir. Ermənistan həm birbaşa, həm də dolayı vasitələrlə etnik təmizləmə siyasətini davam etdirir, nifrət dilindən istifadə etməklə və irqçi təbliğatını yaymaqla, o cümlədən ən yüksək, hökumət səviyyəsində azərbaycanlılara qarşı nifrəti və etnik zorakılığı qızışdırır. 2020-ci ilin payızında döyüş əməliyyatları zamanı azərbaycanlılar yenidən Ermənistanın etnik nifrət zəminində zorakı davranışlarının obyektinə çevrildi. Etnik, mədəni təmizləmə siyasəti yürütməklə, azərbaycanlılara qarşı nifrəti körükləməklə Ermənistan sistemli şəkildə azərbaycanlıların hüquq və azadlıqlarını, eləcə də Konvensiyanın ziddinə olaraq Azərbaycanın hüquqlarını pozur.
Ermənistanın azərbaycanlılara qarşı ayri-seçkilik üzrə siyasəti və təcrübəsinin məqsəd və nəticələri Konvensiyanın 2, 3, 4, 5, 6 və 7-ci maddələrinə əsasən hüquqların və əsas azadlıqların pozulmasıdır.
Azərbaycan BMT-nin Beynəlxalq məhkəməsindən Ermənistanı Konvensiyanın pozulmasına görə məsuliyyətə cəlb etməyi və bununla da Azərbaycana və onun xalqına vurulan ziyanı qarşılamağı təmin etməyi xahiş edir.



Haaqa Məhkəməsi Ermənistanla bağlı QƏRAR VERƏCƏK - BU TARİXDƏ
Bakı Beynəlxalq Ədalət məhkəməsinə müraciət etdi
Ermənistanda Azərbaycan bayrağının yandırılması ilə bağlı BƏYANAT
Ermənistana qarşı məhkəmə prosesi başlayır
Bakının İrəvana qarşı iddiası üzrə dinləmə keçirilir
Rəsmi Bakıdan Ermənistana CAVAB
XİN Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar BƏYANAT YAYDI
XİN Ermənistanın 20 Yanvar hadisələri əleyhinə təbliğatına cavab verdi
Azərbaycan Ermənistana ÇAĞIRIŞ ETDİ
XİN bəyanat yaydı
"Erməni siyasətçilərin nifrət nitqlərinə son qoyulmalıdır" - Deputat
Azərbaycan Ermənistanın bəyanatına cavab verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 