Xarici ölkə vətəndaşlarının Azərbaycanın dövlət sərhədindən qanunsuz olaraq ölkə ərazisinə keçirilmələri barədə daxil olmuş məlumatlarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar aparılıb.
DTX-nin Mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları - 1991-ci il təvəllüdlü Ağayev Rasif Nufiəli oğlu və 1970-ci il təvəllüdlü İsayev Ənvər Abasxan oğlunun İran İslam Respublikasında yaşayan müəyyən şəxslərlə qabaqcadan sövdələşərək həmin ölkədən xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli keçirilməsini təşkil etmələrinə əsaslı şübhələr yaranıb.
Müəyyənləşdirilib ki, Rasif Ağayev və Ənvər İsayev İran İslam Respublikası vətəndaşları ilə əlbir olub maddi maraq müqabilində adıçəkilən ölkənin ərazisində olan xarici ölkə vətəndaşlarının qeyri-leqal yolla Azərbaycana keçmələrinin təşkil edilməsi barədə razılaşmış və bu məqsədlə Rasif Ağayev gecəgörmə cihazı və digər texniki avadanlıqlardan istifadə etməklə Yardımlı rayonunun Arvana kəndindən dövlət sərhədini pozaraq İran İslam Respublikasına keçmiş, orada olan əcnəbiləri dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar gizli, qanunsuz Azərbaycan ərazisinə keçirib, onları qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq əvvəlcə Ənvər İsayevin Yardımlı rayonunun Arvana kəndində yerləşən evinə, oradan isə Bakı şəhərində özünə məxsus evə gətirib. Keçirilmiş əməliyyat tədbirləri zamanı hər iki şəxs, o cümlədən xarici ölkə vətəndaşları saxlanılıblar.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rasif Ağayev və Ənvər İsayev Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq davam edir



DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılanlar var
DTX əməliyyat keçirdi: Taliban üçün döyüşən azərbaycanlılar həbs edildi
Azərbaycan-Gürcüstan sərhəddində gərginlik – Saxlanılan var
SON DƏQİQƏ! DSX əməliyyat keçirdi: Tutulanlar var
İran-Azərbaycan sərhədində əməliyyat - HƏBS EDİLƏNLƏR VAR
Sərhəddə atışma: yaralanan var - DSX
İrandan hərəkət edən naməlum uçuş aparatı saxlanıldı - Rəsmi
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub, saxlanılanlar var
Taleh Yusifov Azərbaycana ekstradisiya edilib
DTX və DMX birgə əməliyyat keçirdi: saxlanılanlar var
DSX və DİN birgə əməliyyat keçirdi
İranla sərhəddəki atışmayla bağlı YENİ XƏBƏR - HƏBS EDİLƏN VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 