Ukraynaya işğalçı hücumdan bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin Fransa lideri Emmanuel Makronla telefon danışığı olub. Rusiya lideri Vladimir Zelenskini Minsk razılaşmalarına əməl etməməkdə, fransalı həmkarını isə onlara dəstək verməyə cəhddə ittiham edib.
ONN media xəbər verir ki, bu barədə "Frans 2" telekanalının Makronla Putinin fevralın 24-ü ərəfəsində sonuncu telefon danışığından bəhs edən filmində deyilir.
Məlumata görə, söhbət Makronun təşəbbüsü ilə baş tutub və o, Putindən vəziyyəti qiymətləndirməyə və bəlkə də onun niyyətinin nə olduğunu birbaşa deməyi istəyib.
"Mən nə deyə bilərəm? Baş verənləri özünüz görürsünüz. Əslində, bizim əziz həmkarımız cənab Zelenski heç bir iş görmür (Minsk razılaşmalarını həyata keçirmək üçün - red.). O, sizə yalan danışır", - deyə Rusiya prezidenti cavab verib.
Putin, həmçinin, Makronu Minsk razılaşmalarına yenidən baxmaq cəhdində ittiham edib və ondan özünü “lxr” elan edən separatçıların “sülh təkliflərini” nəzərə almağı tələb edib.
Daha sonra Fransa prezidenti separatçıların təkliflərinə əhəmiyyət vermədiyini və Putinə Ukraynadakı konfliktin bütün tərəflərinin iştirakı ilə görüş təklif edib. "Mən bunu dərhal Zelenskidən tələb edəcəm", - Makron qeyd edib.
Sonda Makron vəziyyəti gərginləşdirməmək üçün Putini ABŞ Prezidenti Co Baydenlə görüşə razı salmağa çalışıb. Rusiya prezidenti buna könülsüz reaksiya verib, amma yenə də “prinsipcə razılaşıb”.



Zelenski Putinə cavab verdi
Putindən ŞOK SÖZLƏR: “Navalnı özü özünü zəhərləyib”
Makron Putindən sonra Zelenski ilə danışır
Makron Putin və Trampla Qarabağı müzakirə edəcək
Makron üç ay sonra Putinə zəng etdi- SƏBƏB NƏDİR?
Zelenski Makronla telefon danışığı apardı
Putin və Makron Qarabağı müzakirə etdi - SON DƏQİQƏ
Zelenski təcili Şolts və Makronla danışdı
Bayden və Putin Makronun təklifini qəbul etdi
Putinlə Makron arasında QARABAĞ MÜZAKİRƏSİ
Makron Putinə zəng etdi - QARABAĞ MÜZAKİRƏSİ
Putin Makronla Ukraynanı müzakirə etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 